Çap

3 - Paniranist Mahmud Afşar

Mahmud Əfşarın məqaləsinin bir hissəsi:

İranda panfarsist məktəbinin banilərindəndir (1983-cü ildə ömrünün sonunda)

... mən demirəm ki, türk dilinin istifadə edilməsini (Azərbaycan əhalisi arasında danışıq səviyyəsində) qadağan edib, əhali üçün çətinlik yaradılsın. Lakin istəyirəm ki, fars dilində təhsili məcburi, pulsuz etməklə şərait yaradın ki, əhali 3 il və ya daha tez istisnasız olaraq hər iki dili bilsin. Bundan sonra tədricən fars sözləri türk dilində daxil olacaq və dilin yüzdə altmışı farsca olacaq. Bu nisbət gündən-günə dəyişəcək artıb yüzdə yetmişə çatacaq və iki dil bir dilə çevriləcək.

Mənim şübhəm yoxdur ki, əgər bu mədəni siyasəti dövlət qəbul edib, xalq da dəstək versə, istər Azərbaycanda, istərsə də başqa rayonlarda kimsəyə heç bir başağrısı olmadan, heç yerdən heç bir qarşçıdurma olmadan biz məqsədimizə çatacağıq. Azərbaycanlılar hiss etmədən əlli il sonra öz bölgələrinin fars dilində, yəni yeni yaranacaq azəri ləhcəsində danışacaqlar!

Azərbaycanda fars dili mənbə kitabı, Mahmud Əfşar Vəqfləri, toplayan İrəc Əfşar, s. 290. Türk düşmənçiliyinin banilərindən birinin təqdim edilməsi!

İranda inqilabdan öncə türk düşmənçiliyi siyasətinin müəyyənləşdirib icra edən şəxslərdən biri də Mahmud Əfşar Yəzdi idi. O antitürk və antiərəb siyasətçilərdən biri kimi bir tərəfdən Rza şah və digər tərəfdən İngiltərənin müstəmləkəçi dairələri ilə yaxın əlaqələrə malik idi. Həmin münasibətlər nəticəsində külli miqdarda sərvət toplayib, həmin sərvəti öz antitürk siyasəti istiqamətində xərclədi. Pəhləvi sarayının bu nəzəriyyəçisinin irqçi siyasəti ilə daha artıq tanış olmaq məqsədilə onun “Ayəndə” aylıq dərgisində dərc edlən “İranlıların birliyi və fars dili” (№ 2, dördüncü il, 1338 hicri şəmsi) adlı məqaləsini diqqətinizə çatdırıram:

Türk dili Azərbaycan və Zəncandan əlavə, Həmədan və Qəzinə qədər nüfuz etmiş, hətta ölkənin daxilində Farsın qəlbində qaşqay elinin qara çadırlarına belə qorxunc kölgəsini sərmişdi. Hər an kəlbətin kimi İranın şimal və qərbində Qafqazdan Kiçik Asiyaya qədər gizlicə udmaq üçün ağzını açmışdır. Deməli nəyin bəhasına olursa olsun bu yad dili məhv emək lazımdır.

Bəlkə deyəsiniz ki, türk dilindən başqa digər dillər və ləhcələr də İranda mövcuddur, o cümlədən ərəb, türkmən, bəluç, lor, gilək, mazəndərani və s. dillər. Deməli bu dilləri necə məhv etmək olar? Birincisi, bunların ilk dördündən başqa digərləri İran və qonşuları ilə ortaq dil və ya ləhcələr deyillər, ona görə də xarici təhlükə hər halda ortadan qalxmır. İlk ikisindəndən, yəni semit və türk dilindən başqa hamısı İranda mövcud olub və İran ləhcələri hesab edilir (hətta kürd dili)... onları heç biri isə türk dili qədər təhlükəli deyildir. Türk dilinə qarşı çıxmadan fars dilinin onun yerinə tutmasını gözləmək qeyri-mümkündür. Bunun üçün farsca ürəyə yatan dildə minlərlə kitab və əsər yazılıb Azərbaycan və Xuzistanda nəşr edilməlidir. Fars dilli elatları yad dildə danışan (ərəb və türk dilli ərazidə) əhalinin ərazisinə göndərib, onların kəndlərində məskunlaşdırmaq, əvəzində isə yad dildə danışan elatları digər ərazilərə köçürüb məskunkaşdırmaq lazımdır. Çingiz və Teymurun hücumunun nəticəsində əmələ gələn coğrafi adları fars dilinə dəyişmək lazımdır. Ölkəni yeni inzibatı ərazi bölgüsünü məqsədə uyğun idarə edib, Fars, Azərbaycan, Kürdüstan və Ərəbistan adını ləğv etmək lazımdır.

Əgər Azərbaycan əhalisi rahat türkcə qəzet oxuyub, türkcə yaza bilsələr, şeir deyə bilsələr, daha farscaya nə ehtiyacları olacaq. Biz istəyirik fars dilində təhsili məcburi və pulsuz edərək ümumiləşdirək və bunun üçün tam şərait yaradaq. Mən şübhə etmirəm ki, kimsə üçün heç bir zəhmət və dərd-sər olmadan, heç yerdən qarşı çıxmalar olmadan məqsədə çatacağıq.

Azərbaycanlılar hiss etmədən əlli il sonra farsca danışacaqlar. Bu iş azərbaycanlıların öz əlilə həyata keçirilməlidir. Bu məsələ iki haldan xaric deyil. Azərbaycanlı iranlıdır ya da yox. Əgər iranlıdırsa türk ola bilməz. Azərbaycanlılar özləri qabağa düşməli və milli dillərini yaymalıdırlar ki, tədricən yad dil olan türk dili sıradan çıxsın.

Əgər Pəhləvi dövrünün yazıçı və şairlərinin irqçi əsərlərindən bir neçə nümunəyə toxunsaq, o zaman əslində mədəni soyqırım və şeytan konvensasiyasını canlandıran onların antiinsani və mədəniyyətə zidd hərəkətlərinin vüsətini dərk edəcəyik.

 

Ədib Əlməmalik Fərahani: türklər arasında tapılması mümkün olmayan şey insanlıq və həqiqətdir. Bu əhalidə yalan və riyakarlıq mövcuddur. Arifin divanı s. 293 (türkdən başqa kimsə görmədi), Arifin divanı s. 29 (etiraf etdim və dedim haqqın lənəti türkə və türkün atasına kiçikdən böyüyə), Arifin divanı s. 384 (türkün dili üz çevirmək üçündür, bu dilin ayağının bu ölkədən kəsilməsi lazımdır).

Əbdüləli Karəng: Səfəvi, Səlcuc və s. türklərin 1000 illik qətl, qarət və qan tökmələri azəri dilinin türk dilinə çevrilməsində rolu olmuşdur.

Mustofi (Azərbaycanın keçmiş valisi): türk dilində danışan hər kəsin ağzından vurmaq lazımdır. Azərbaycanda insanların siyahıya alınmasını eşşəklərin siyahıya alınması adlandırmaq lazımdır.

Dr. Ərsəncani: monqolların dili olan türk dilini məhv etmək üçün canfişanlıq etmək lazımdır. İş açmaqla türkcə qəzet, jurnal və s. nəşr etməyin və mədəni fəaliyyətin qarşısı alınmalıdır.

Zəkaəlmülk kimi tanınan Məhəmmədəli Foruği: Türk dilinin məhvi iranlı olmaq üçün əsas lazımi şərtdir. Türk dilinin məhvi üçün ümumi siyasəti türklərdən gizli saxlamaq lazımdır.

Mahmud Əfşar: mən 5 dəqiqə olsa belə türk dilində təhsilə qarşıyam.

Məhəmmədəmin Ədib Tusi (“Mahtab” jurnalı 1317): mən təəccüblənirəm ki, necə azərbaycanlılar vəhşi qovm olan türkləri öz aralarına qəbul etdilər.

 

İrəc Əfşar Yəzdi: türk dili və türklər gərək radio-televiziya, jurnallar, kinoteatr və tarix kitablarında təhqir edilib lağa qoyulsunlar. Türk dili sürətlə elmi planlaşdırma əsasında əvvəlcə təhrif edilməli, sonra dağıdılıb və sonda məhv edilməlidir. Dərsliklərdə türkləri və türk sülalələrini vəhşi, yadelli, hücum edən və işğalçı adlandırmaq lazımdır. Hətta bu qovmə aid tarixi irs mümkün hır hansı yolla məhv edilməlidir (təəssüflə 17 sentyabr 2006-cı ildə onu Tehranın Pakdəştində bir etnoloq kimi təqdir etdilər).

Dr. Qulaməli Rədi (1968 dekabr): Azərbaycanda türk dilinin yayılıb rəvac verilməsi ayıb məsələdir.

Abbas İqbal Aştiyani (“Yadigar” jurnalında 1965): türk dili axmaq və möhkəm dildir. Bu dilin dağıdılması onun təhrif edilərək azəriyə çevrilməsi ilə başlayın. Yer adlarını dəyişin və ya bəzən mənasını dəyişin. Uşaqlara türkcə ad qoyulmasının qarşısını almaqda davam edin. Azərbaycanlı fəallara seperatçı və Sovet amili, kommunist və pantürkist damğası vuraraq, onları təcrid edin. Azərbaycan musiqisi, sənətkarları və geyimini lağa qoyun ki, bu bölgənin mədəniyyət sahəsi həqarət hissi ilə yaşasın.

Faruq Səfizadə: türklər qan içən və mədəniyyətsiz qovmlər olub və bir zaman İrana hücum etmişlər.

Tağı Ərani (İranda kommunizm ideologiyasının banilərindən fəallarından): türk dilinin məhv edilməsi üçün canfişanlıq etmək lazımdır.

Bütün bunlar Mahmud Əfşar Yəzdilərin və bir sıra digər paniranist irqçilərin zəhərli və iyrənc fikirlərinin bir hissəsi idi.

Belə məzmunlu əsər və düşüncələri ilə bəzən iranşünas, tarixçi, mədəniyyət tədqiqatçısı, şair və ya tənqidçi adını da daşıyan bu irqçi dələduzların sırasından o cümlədən Məhəmmədtağı Bahar, İnayətulla Rza, Cəmaləddin Fəqih, Turəc Atabəki, Kavə Bayat, Qulamrza İnsaf, Xüsrov Mötəzid, Sergey Ağacanyan, Məhəmməd Məhəmmədi, Hüseyn Novin Rəngrəz, Seyid Cavad Təbatəbai, Həddad Adil, Pərviz Vərcavənd, Zəbihullah BehruzMəhəmmədrza Alipeyamın (Halu) adını çəkmək mümkündür.

Bu irqçilər haradadırlar, qoy görsünlər ki, 90 ildən çox müddət sonra da Azərbaycan nəinki farslaşmadı, hətta Azərbaycan millətinin yanında Azərbaycan türkcəsinin dəyəri və qiyməti daha da artmaqdadır və bu proseslə İranın rəsmi dillərindən birinə çevrilməyə doğru gedir. Proseslər ona doğru gedir ki, yaxın gələcəkdə Azərbaycan müstəqil dövlət olsun, fars şovinizminin əsarətindən qurtarsın.

******************************************

Cavadtabatabi

@e30mir@alirza_samieinia  Düzdür dostlar. Lakin narahat olmayın. Mənim dostlarım və əməkdaşlarım  bu məsələni diqqətdə saxlayırlar. Əlbəttə Paniranist Partiyası da yaxşı idarə olunur. İcazə vermərik azərilər məktəbdə türk dilində təhsil alsınlar. Bu fars dilinin ölümü və türklərin təhlükəli olması deməkdir. Siz də gərək virtual aləmi ciddiyə alasınız. Çünki, türklər daha çox virtual aləmdə fəaldırlar və təxminən müvəffəqdirlər. Siz də gərək azəri layihəsini ciddiyə alıb və çalışasınız ki, türkləri vəhşi kimi təqdim etməklə İran əhalisi arasında bu sözə nifrət yaradasınız. Çalışmalısınız ki, türklər təhlükəli kimi görünsün və dövlət onlardan qorxaraq onların istəyini qəbul etməsin.

Antitürklərin dövləti əhali ilə qarşı-qarşıya qoymağa cəhdi

 

Cavadtabatabi

@ doustdar_mohammad_asan@arsam1991   Yox əzizlərim. Bu yol deyildir. Gərək daha ayıq olaq irəli gedək, təhqir və alçaltma daha effektiv deyildir. Dr. Ərsəncani dediyi kimi gərək onlara iş açmaq və ittiham verməklə mədəni fəaliyyəti və eləcə də dərgi və qəzet çıxarmalarının qarşısı alınsın. Ya da İrəc Əfşarın dediyi kimi türkləri, dərgi, qəzet və teleradioda təhqir etməklə türk dilini dəyərsiz göstərib, beləliklə bu dili məhv edək. Siz əzizlər gərək türk sülalələlərini xain, vəhşi və yad göstərəsiniz. Beləliklə, gərək oxucu və dinləyicilərin zehninə təsir göstərəsiniz. Türkləri tarixi barədə məqalə yazanları və ya Əhəmənilər yaxud da II Kir barədə məqalə yazıb onları tənqid edənləri savadsız göstərin.

*****************************************************