Ana Yarpak
Mənim qəlmim özəgə dilində yox,
Ana dilimdə yazmaq istəyir ...
Çünkü qəlmim ana dilində, düşmana qarşı güclü silah dır.
Bir ulusu ayırmaq istəyirsənsə dilindən
Yetər o ulusun dilini[1]kəsəsən məktəbindən
Bu düşüncə yürüdülür "iran fars dövlətindən"[2]
ِDilini alsan əlindən, yadıeğar mənliyindən
Ümmətçilik[3]əyitimi ayırar kimliyindən
Dilmizi qorumaq özümüzü, soyumuzu, vətənimizi, hoviyət lə kimliyimizi qorumaqdır. Bugün dilimizi, vətənimizi mənimsəməsək ayaq altında əzilib keçmişimiz (tariximiz, soyumuz) habelə gələcəyimiz yoxa çıxacaq. Öz uşaqlarıyla farsca danışıb, yazışırlar soylarına vətənlərinə, hoviyətlə kimliklərinə son qoyurlar. Onlar fars içində fars, öz xalqı içində türk sayılacaqlar. Onlar daha özgələşmiş eləcədə manqurt olmuşlar.
Özünə dəyər ver yerində sayıl
Farsa kölə olma gözün aç ayıl
Uşaqa ver milli bilinç[4]qal hayıl
Geçmişinə öz soyuna yovuşsun
Varlığına türk xalqına qovuşsun
Çünkü insan
✅Öz varlığını tanısa, özünə inansa, özünə dəyər versə,
✅başını uca tutar, , alçaqların aşağılamasila üzləşməz.
Bu gün cox uluslu iran adlanan ölkədə egəmən olan fars aşırı ulusalcılığı Azərbaycan türk ulusu başda olmaq la fars olmayan uluslara öz qatı soyculuqla(şovinisti) sömürgəçilik ötəginə(tarixinə) dayanaraq, yuxara vurğuladığım kimi bu ulusları öz keçəmişindən, kiməliyindən habelə bütün ulusal varlığından uzaqlaşdırıb, var gücü ilə fars ulusu içındə ərıdıb yox etəməyə çalışır.
Maraqlısı; iran islam yönətiminin dinsəl eləcədə yöntəkisəl(siyasi) öndəri, Seyyid Əli Hüseyni Xaməneyi, bu danılmaz gerçəkləri dilə gətirərək fars ulusunu çox qatı biçimdə belə bir çətin durumlara qarşı hazır olmaları üçün dönə-dönə oyarması ilginc dir.
Sözdə islam yönətiminin başında duran kişi, aydıncasına açıqladığı belə bir gərginliyi, fars ulusuns düşər(rəva) görmədiyi halda, bu gərginliyi Xaməneyi ilə farsların özləri bilərəkdən irandakı fars olmayan uluslara uyqulamasıdır.
Bildiyiniz kimi fars faşist egəmənliyi iranda, fars olmayan ulusların üzərinə onların bütün ulusal-uyğar(milli-mədəni) habelə dil ilə kimlik varlıqlarını yox etmək yöntəkisini(siasətini) yürütməkdədirlər.
Seyid Əli Hüseyni Xaməneyi-nin yuxarıda vurğulanan yönətkiləri habelə çeşidli-ayrımlı baxışı iran egəmənliyinin farsları qorumaq yönətimindədir. Ancaq bunun tərsinə olaraq fars olmayan ulusların üzərinə yox etmək acımasızlığı ilə özgələşdirmə kimi soyculuq(şovonisti) yönətkisini yürütməkdədir.
Bu düşüncələrilə işləri, hər bir güney Azərbaycanlı türk kişisində ürək ağrısı yaratmasıdır. Bu çirkin yönətimin Azərbaycan xalqında ağır bir toplumsal alızlığı(xəstəliyi) birdə uyğar dil yarasının uluşması ilə sonuclanmasına inanıram.
Ona görə də düşünürəm Seyid Əli Xaməneyi-nin bu düşüncəsi, eləcə də bütövlük də yeni ələ gəlmiş habelə qısa ömürlü, qondarma iran fars dövlətçilitinin keçmiş pəhləvi lə indiki fars mulla yönətiminin yürütdükləri bu kimi bir quramsal-eyləmsəl (nəzəri-əməli) yönətkiləri qarşısında, hər bir Azərbaycan türkünün ulusal duyunc(vicdan) habelə yurd
sevərlik borcudur. Özdəş anda(eyni zamanda) güney Azərbaycan türk xalqlarının, ən təbii insanı, milli-mədəni haqlarını insanlarimızın tək- təkinə tanımalıdır.
Həm də türklük Azərbaycançılıq bilincinin(şüurunun) dirçəlməsində qatqıda bulunub türklərə öz ulusal-kişilik(milli-insanı) özgürlüklə bağımsızlıqlarını qazanmaları üçün yazqacı(qələmi) əlinə almalıdır. Öz beyin habelə ürək düşüncə ilə duyğularından yararlanmaqla, iran dövlətinin bu çirkin farslaşdırmaq yönətgisini aydınlaşdırmalıdır.
Üstəlik fars dövlətçiliyi ilə mullaların əl bir olub birgə yürütdükləri türklüklə Azərbaycançılığı aradan aparmaq kimi pis üzlü amaclarına çatmaq yolunda yürütdüyü düşüncəsəl habelə uyğulamalı(əməli) işlərinin qarşısını almaqda tüm var gücü ilə çalışmaq görəvində dir.
Məndə bir güney Azərbaycan türkü olaraq yazqacı) əlimə alıb ulusal qonular haqında yazdığım “VƏTEN HAVASI” adlı bitiyimi(kitabımı), öz gözəl Azərbaycan yurdumla sayğı dəyər türk xalqına sunuram. Ancaq mənim bir rumantik qoşar– yazınçı(şair-ədəbiyyatçı) olmadığımı da burda vurğulamaq istəyirəm.
Yurdumdan uzaqda eləcə də yad bir öılkədə sürgün durumda yaşadığım sürəcində; öz Vətən özləmimi, Vətənim Azərbaycanın ikiyə bölünməsi, özəlliklə də ana yurdum güney Azərbaycanda ana dilimiz türkcəsinin oxullarda(məktəblərdə) əyitim eləcə də yazılıb oxumasına iran dövləti yönündın qadağa qoyulmasıdır.
Başqa yöndən keçən doxsan neçə il sürəcində güney Azərbaycan türk yurdunun fars faşist egəmənliginin yürütdüyü yönətkilər sonucunda param-parça olunması dır.
Bu acımasızlıqlar hər bir Azərbaycanlə eləcə məndə bir örək yarası yaradıb. Xalqla vətənimdə bu gerçək gedişatı, qoşuq biçimində yazdığım bitik „duğusal habelə kökləşik(klassik) yazın(ədəbiyyat) baxımından uzaq görünsə də“ mən bu düzənli(nəzm) yazılarımın hər bir dizə(misrə) ilə bölməcəsində(bəndində) öz düşüncələrimi;
- ulusal türklüklə Azərbaycançılıq duyusunu,
- vətən sevərlik düşüncəsini;
- düşündəmə, düşünbilim(fəlsəfi),
-yönətkisəl(siyasi) ilə ekonomi(iqtisadi)
-habelə tüzəsəl(hüquqi)
açılardan bu bitikdə toplamağa çalışmışam.
Başqa hər bir yazılı yapıtda(əsərdə) olduğu kimi, mənim yazdığım „Vətən Havası“ bitikdəd də;
-yanlış, yarımçılıq,
-habelə çatışmamazlıqlarının olmasından arxayınam.
Ona görə də bu bitikdə ola biləcək hər türlü yanlışla, çatışmamazlıqları dəyərli oxucular la tənqidçilərin dartışmasına buraxıb, gülər üz, açıq beyinlə ola biləcək bütün qınaqları doğal habelə gözəl bir qarşılama sayıram.
Bu bitikdə yazdığım qonuların, İran fars dövləti yönündən bütün ulusal-uyğar haqlarından yoxsun edilərək, ağır basqila özgələşdirmə yönətkiləri ilə üzləşən güney Azərbaycanlı türk soydaşlarıma yararlı olmasına, onların ulusal tinlərinin(ruhlarının) oyanıracağına inanıram.
Ancaq vətən havası xalqın içındə çalınırsa, demək o vətən tez-gec quşuqsuz(şübəhəsiz) bir gün öz bağımsızlığını əldə edəcəyinə inanıb, süzümə . qoyuram.
05.04.2016
[1] Bir xalqın dilini əlindən aldıqda o xalqın bütün varlıqlar əlindən alınar.
[2] Seyyid Əli Hüseyni Xaməneyi (kişi tüpürdüyünü yalamaz.( bu atalar sözüdür) 28 ildir məmləkətin rəhbəriyyətində olaraq icazə verməyir hətta öz yazdıqları anayasa icra olunsun. Ayətollah Xaməneyinin danışdığı və nitqi ilə əməlini özünüz oxucu olaraq dəyər veriniz.
[3] Müqəlled[iradəsiz, özünə güvəni(etimadı) olmayan, təslim olan insan].
[4] Şüur, ərəb sözüdür.
[5] "Əyər bir millətin öz tarixini, keçmişini, mədəniyyətini, kimliyini və öz görkəmli elmi, dini, siyasi və mədəni şəxsiyyətlərindən ayırıb və unutdursalar, eyni zamanda onun dilini, əlifbasını və kitabını ondan alıb və yaxud zamanla yaranmış kültürünü ondan aldıqda, bu millət başına gətiriləcək hər nəyə hazır olacaq. Bu millət daha canlanıb yaşaya bilməsi imkansızdır, yalnız öz içindən görkəmli şəxsiyyətlərin ortaya çıxması şərti ilə. Bu faciəni bir çox ölkələrin başına gətirmişlər."
Qaynaq:
Seyyid Əli Hüseyni Xamneyinin 1379-cu ilin aban ayında İranın Mərkəzi əyalətindəki danışığından qısa bir parça olaraq 1391-ci ildə İranın "Həmşəhri" qəzetəsində yazılmışdır.