Çap

13 - Sorğunamə

Sorğunamə

Bu dünya zillətdən başqa nədir ki
Əzab mənzilidir yarandığından.
Allah bu dünyanı yaratdığıyçün
Hələ də gizlənir utandığından.

Sünnəyik,şiəyik,ateistlərik
Zərdüştük,katolik ya deistlərik
Bütləri sındıran dahiləri də
Bütlərə çevirən bütpərəstlərik.

Allahdan iznsiz yarpaq da düşməz
Meyvə də düşməz,deyir mollalar.
Şeytanın izniylə düşübdür yəqin
Məscidin üstünə düşən bombalar...

Məscidlər allahın evidir bala
Daha böyümüşəm keç bunları keç...
Məscidlər allahın evi olsaydı
Yetimlər küçədə yatarmıydı heç?

Tüpürüb altı min beş yüz manata
Şeytana daş atmaq eşqinə bir bax
Görəsən düşünür daş ata-ata
Şeytanı milyoner eləyir bədbəxt.

Daşa pul ödəyib çölə atırlar
Heç bunu Şeytan da sərgiləməzdi
Şeytana atılan daşlar yığılsa
Bir yetim küçədə mürgüləməzdi.

İnsanıq hissimiz,duyğumuz vardır
Hər kəsin Tanrıya var ehtiyyacı
Bir şərtlə Tanrını kitablaşdırıb
Önümə qanunlar qoyma ay hacı.

O dünya deyilən ikinci şans yox
Var isə rəsmini çək mənə göstər
Gör insan nə qədər eqoistdir ki
Öləndən sonra da yaşamaq istər.

Ərəbin saqqalı gedələrinə
Gör neçə əsrdir ağlayırıq biz
Vətənçün canını verən şəhidə
Bir il yas saxlaya bilmir ölkəmiz

Doğulsaydın Vaşinqtonda,Romada
Böyüsəydin Parisdə,Londonda sən
Ölkənin dinini kənara atıb,
Dönüb şiə olarmıydın görəsən,

Evinə bir çörək aparammırsan,
İllərdir məsciddə başını yardın.
Başına döydüyün qədər bəlkə də,
Taxtaya döysəydin toylar tutardın

Pensiya almayan baba sevilməz
Qaxılıb otursun zəhmət olmasa
İnanc da,iman da qarşılıqlıdır
Allahı kim sevər cənnət olmasa?

Keçirib bombanı öz kürəyinə
Cənnətə düşəcək sanır hardasa...
Nə terror olardı,nə acı ölüm
Cəhənnəm olmasa,cənnət olmasa.

Sənə dar günündə əl tutan dostun
Başına qaxarsa gələrmi xoşa?
"Səni mən yaratdım əyil önümdə,
Yoxsa yandıraram!" düşmədim başa...

-Diz çökdüm-çökmədim sənin önündə
İlahi səninçün nədir dəyişən?
Allah da insanın ağılındadır?
Ad qoya bilmirəm bu sarsaq işə.

İnsanı imtahan eləyir Allah
Bu işdə nə məntiq,nə də əsas var.
Allah öz quluna etibar etmir,
Qul niyə Allaha etsin etsin etibar?

Lənət oxuyursan kafirə axmaq
Dualar edirsən mən olmayım sağ.
Min illik planın,nizamın Allah
Sənin qarğışınçün düşüb pozacaq?

Əvvəllim təbiət,sonum təbiət
Ümidim qalmayıb daha Allaha
Şeytana qumarda uduzub Allah
Cənnətə varlılar düşəcək daha

Cənnətə düşənlər rahatlıq tapır
Bir sual içimdə dərddə,qəmdədir.
Cənnətdə biz necə rahat olarıq
Bilsək ki atamız cəhənnəmdədir?

Bazarda allaha and içmədinsə
Həmin gün boğaza qədər batırsan.
Deməli satılan mallardan əvvəl
Vitrinə Allahı qoyub satırsan.

Tərsinə oxusaq zaman sözünü
Çox açıq göstərir namaz özünü.
Şifrələr müqəddəs sayılır demək
Kələmə məhəbbət bəsləyək gərək.

Allahı cənnətə görə sevənlər
Əlavə son güdür nə ücün sondan.
Cənnətdə yer yoxdur söyləsə allah
Şikayət edərlər polisə ondan.

Vəhşiyə hissiyyat,ehtiras verdin,
Bax qızı zorlayır-durmusan niyə?
Sən artıq o qızın gözündə heçsən
Cənnəti versən də zorlanıb deyə.

Nə qədər gözəllik varsa dünyada
Allahın adına yazılmış nədən.
Nə çirkin movzular varsa söylərik
İblisdir,şeytandır onu törədən.

Bəs çirkin əməlin kökü hardadır
Yaradıb şeytanı,iblisi allah.
Şeytan da,iblis də günahkardırsa
Günahın,nöqsanın banisi allah.

Biz cahil adama çoban demişik
Çobanlar idarə edər qoyunu.
Məhəmməd yüksəlib çoban olubsa
Mütləq ki ucaldıb qoyunlar onu.

Dünyanı ayaqda saxlayan sözdür
Hər şeydən artıqdır qiyməti sözün
Məhəmməd quranı elə yazıb ki
Olmayan allah da var sanıb özün.

Bir kitab əlli il namaza dəyər
Dilimdə şüardı nə qədər sağam
Allahın atası olsaydı əgər
Deyərdi balamı oxudacağam.

İnsandan asılı yaşayır Allah
İnsandır söyləyən Şeytan var,Nuh var
Büs-bütün məhv olsa bütün insanlar
Kim deyər Allah var,kim deyər ruh var?

De görüm nə verib cahana İslam
Təhsilə,məntiqə yoxdur həvəsi.
Elmin kəşflərini İslamdan alsaq
Qalacaq saqqalı bir də dəvəsi

Azadlıq bizlərə uzaqdır hələ
Ətimiz siyasət tonqalındadır
Torpağı işğaldan qurtarsaq belə
Beynimiz ərəbin işğalındadır.

Ibrahim Xudayi