Çap

11 - Azərbaycan türkcəsindəki yaranan ədəbiyat

Azərbaycan türkcəsindəki yaranan ədəbiyat

Azərbaycan türkcəsindəki yaranan ədəbiyat. Bizim dilimiz çox vaxtlar öz yurdunda rəsmi dil, bilik və təhsil durumuna qalxması türk azərbaycan ruhlu adım azərbaycan düşmənləri( fars _ rus _ ərəb və erməni ) tərəfindən əngəllənərək sıxışdırılıb، eşiyə atılıbdır. Ona görədə tarixi azərbaycan yurdunda çox zamanlar öz yerli olusal dili olan türkçə bilik, təhsil və rəsmi dövlət dili olmadığı  halda yalnız ədəbiyat sahəsində yazı işləri dəvam etdirilib. Dil yalnız danışıq səvəsində və məişət durumunda işlənsə sonunda ölümə məhküm olaraq aradan gedər. Tarixi bütöv azərbaycan türk yurdunun biz yaşadığımız güney azərbaycan torpaqları qondarma fars iran işqal və sömürgəsi altında dustaq yaşayır. Azərbaycan türrklüyünün tarixi dövlətçılığın quzey azərbaycan cumhuriyəti yaşadaraq dəvam etdirir.

Azərbaycan cumhuriyəti ölkəsində aparılan dil siyasətində çoxlu yanlışlıq və əskikliklər vardı.

Quzey azərbaycanda türkcədən( azərbaycan və türkiyə türkçəsi fərq etməz ikisidə əslində bir dildir ) başqa o biri dillərin hamısı xarici dil sayılmalıdır. Rus dilidə başqa özgə dillər kimi xarici dil sayılmır. Quzey azərbaycanda bilgi, təhsil, uygarlıq, rəsmi dövlət, incə sənət və ədəbiyat dili yalnız türkcədə aparılmalıdır. Başqa dillər xarici dil kimi öyrənilməlidir. Təhsil ocaqlarında o cümlədən Oxul və bilim yurdların birinci xarici dil kimi ingiliscə olaraq güclü şəkildə öyrədilməlidir. Azərbaycan türkçəsinin tarıxı öz düz adı yəni(( türkcə )) özünə qaytarılmalıdır. Xarici dildə təhsil ölkənin milli dilin və ədəbiyatın birdə müstəqilliyin zəyiflədər aradan aparar. Xarici dildə təhsil yerinə güclü tərcümə mərkəzləri qurulmaldır və güclü birdə çox bilikli dilmanclar çeşidli sahələrdə  ( mütürcimlər) yetişdirirməlidir. Xarici dillərdəki yaranan yeni və əski biliklər türkcəyə tərcümə olunmalıdır, belə olanda türkcəmiz çox güclənər. Quzey azərbaycanda milli dövlət büdcəsilə yaranan rus dilli məktəblərin hamısı bağlanmalıdır və ümumi dövlət məktəblərinin hamısı türkcədə aparılmalıdır. Quzey azərbaycanda bütün oxul və bilimyurdlarında türkiyə türkçəsi doğru və güclü şəkildə tədris olunmalıdır. Türk dünyasında ilişik qurmaq üçün ortaq danışıq və yazı dili türkçə( türkiyə türkçəsi) olmalıdır. Türk dili gerçəkdən çox güclü, yetənəkli və zəngin bir dildir. Müstəqil azərbaycanda ruslar islaviyan üniversitəsin qurublar orda rus dilin və rusların nüfuzunu güclü şəkildə və dövlət səviyyəsində qoruyub saxlasınlar və bu nufuzu gücləndırsinlər. Quzey azərbaycanda islaviyan üniversitəsi ləğv olunmalıdır və onun yerinə türk dili və ədəbiyatın birdə türklərə görə bütün nəsnələri öyrənmək üçün türk tanımaq bilimyurdu qurulmalıdır. Türk tanımaq bilim yurdunun amacı türk dili və ədəbiyatın, türk uygarlığın, türklərin keçmişin və indisin və gələcəyinə görə dərindən araşdırma aparıb incələmək olmalıdır. Internet və çağdaş iletişim aaracları ilə güney azərbaycanla quzey azərbaycanın ilişiyi çoxalmalı və güclənməlidir. Güney azərbaycanda yazılan türkçə ədəbiyatı, yazılar və kitablar güclü şəkildə quzey azərbaycanın dövlət, yarım dövlət və özəl qurumları tərəfindən himayə olunmalıdır. Güneydəki türkçə kitablar türkcənin rəsmi və ortaq latın əlifbasına çevrilməlidir. Saydığım işlər türkiyədə də yürütülməlidir.

Quzey azərbaycan, türkiyə və bir sözlə  bütün türk dünyası, birləşmiş millətlər təşkilatı ilə birgə oluslar arası qurumlarda türkçəni rəsmi dil etmək yolunda birlikdə və çiyinçiyinə əlbir olub çalışmalıdırlar və bu işi onlar birgə çalışsalar başarıla yerinə yetirə bilərlər. Türkiyə türkçə ilə azərbaycan türkçəsində yazılıb yaranan bilgi və ədəbiyat gerçəkdən sayca və keyfiyyət baxımından rus dilli bilim və ədəbiyyatdan çox yüksək yerdədir. Ancaq yuxarı azərbaycan rus dilinin hakimiyətindən təmamilə qurtulmalıdır. Türkiyədə güclü yeni və çağdaş aracların köməyilə bilimin bütün budaqlar türkçəyə tərcümə olun malıdır və türk bilim yurdlarında( türkiyədəki üniversitələin hamısında) təhsil və bilik dili yalnız türkçə ilə aparılmalıdır. Türkiəydə bəzi üniversitələrdəki xarici dildə təhsil yerinə( misal üçün ortadoğu teknik üniversitəsi, sabancı universitetindəki təhsi işləri türkcə yox xarici dildə aparılır ) güclü tərcümə mərkəzi qurulmalıdır və bütün sahələrdə xarici dil bilən uzman( mütəxəssis) dilmanc yetişdirilməlidir.

Türk dünyasının əlifbası birləşməlidir və bütün türk dünyasında türkçənin rəsmi və ortaq əlifbası; rəsmı və ortaq türkcənin latin əlifbasına keçməlidir. Güney azərbaycan türk aydın fikirləri, yazıçı və şairləri burda türkçə yazmağı və türkçə düşünməyi gücləndirmək yolunda çağdaş bilgi və teknolojidən kömək almaqla çox çalşmalıdırlar. Nə qədər də mollalar və işqalçı sömürgəçi fars iran dövləti türkcəni güney azərbaycanda qadağa edib yox etməyə çalışsada güney azərbaycan türk ruhu buranın öz yerli gücü və türk dünyasından kömək atmaqla beyin və könlümüzün çəkirdəyi olan dilimiz türkçəni diri və canlı saxlamağı başarmalıyıq. Güney azərbaycan türk aydın fikirləri, şair və yazarları birdə güney azərbaycanlı türk düşünürlər özləri fars dilində yazmaqdan əl çəkib öz milləti və yurdunun dili olan türkcədə yazmalıdırlar.

Çalışmalıyıq Güney azərbaycanda türkçəni yazısın birdə ortaq və rsmi  türkçənin latın əlifbasın millitimizin arasında yayaq. Bizlərə bu amacı gerçəkləşdirmək üçün ən uyğun və doğru yol quzey azərbaycan və türkiyədə yazılıb yaranan türkçə bilik və ədəbiyatdan yararlanmaqdır.

  05.09.2020   Özgür Alpərən