Çap

10 - Türkçünün eşqi ...

Türkçünün eşqi ...

(Eşqsiz, inamsız addım atılmaz,)
(Özünü sevən özgəyə satılmaz.)

Türkçünün eşqi insanlığındadır,
Tacirin eşqi heyvanlığındadır.

Türkçünün eşqi duruluğundadır,
Haqlılıq ilə doğruluğundadır.

Türkçünün eşqi saflılığındadır,
Sözlərinin şəffaflılığındadır.

Türkçünün eşqi sədaqətindədir,
Qadından yana ədalətindədir.

Türkçünün eşqi dürüstlüyündədir,
Sözündən dönməyən dostluğundadır.

Türkçünün eşqi dərdliliyindədir,
Yandırıb-yaxan odluluğundadır.

Türkçünün eşqi öz Türklüyündədir,
Özünü sevən böyüklüyündədir.

Türkçünün eşqi türkçülügündədir,
Türkü qoruyan irqçiligindədir.

Türkçünün eşqi vurğunluğundadır,
Ölüm hər şeyin durğunluğundadır.

Türkçünün eşqi özgürlüyündədir,
Qısılmaz səsinin gürlüyündədir,

Türkçünün eşqi kəskinliyindədir,
Gücsüzün eşqi miskinliyindədir.

Türkçünün eşqi öyrənməyindədir,
Cəhlin önündə dirənməyindədir.

         Türkçünün eşqi ərənliyindədir,
         Arazizminin dərinliyindədir.

Türkçünün eşqi sevgilərindədir,
Sevgi şəklində vergilərindədir.

Türkçünün eşqi gözəlliklərdədir,
Zülümə qarşı özəlliklərdədir,

Türkçünün eşqi haqsevərlikdədir,
Çünkü dirilik bəxtəvərlikdədir.

Türkçünün eşqi yara sarmaqdadır,
Başyaranın başını yarmaqdadır.

Türkçünün eşqi küsdürməməkdədir,
Tənqidçiləri susdurmamaqdadır.

Türkçünün eşqi ələşdirməkdədir,
Yerində düzü əyləşdirməkdədir.

Türkçünün eşqi oyandırmaqdadır,
Cəhli önləyib-dayandırmaqdadır.

Türkçünün eşqi inadsızlıqdadır,
İnadın kökü savadsızlıqdadır.

Arazın eşqi turançılıqdadır,
Satqın Türkünkü irançılıqdadır.

      04.10.2007 Baltacı Araz

Qaynaq:

Türkçünün eşqi ...