Çap

9 - Gəlin bu vəhşiliyə son qoyalım!

                        Gəlin bu vəhşiliyə son qoyalım!

Kor qurur haqlı sözə qarşı çıxar,
Kor qururun evini məntiq yıxar.

Gəlin bu vəhşiliyə son qoyalım,
Naz əkib, naz biçib, yeyib doyalım.

Doğulanda incitmişəm anamı,
Ki incitməyəm başqa bir adamı.

Dünya fani deyil, ömür fanidir,
İnciyə bilən canlının canıdır.

İncitmək vəhşi heyvanın işidir,
İncidən insan da bir növ vəhşidir.

İncitməyin kimsəyə xeyri yoxdur,
Həm də incidənə zərəri çoxdur.

İncidən insanı vicdan incidər,
Bir kəz sinsidəni min kəz sinsidər.

Dost incitməməlidir öz dostunu,
Yoxsa açmalıdır gizin üstünü.

Dostluq qurduran ortaq karakterdir,
Ortaq karekter sağaldan doktordur.

Dəyişik özəlliklər hər kəsdə var,
Yaxşı ilə pisi “axtaran tapar.”

Hər bir vicdan üçün yaxşı yaxşıdır,
Vicdanını dinləməyən vəhşidir.

Pisi yaxşıdan ayıran vicdandır,
Yaxşıya pis deyən xəstə insandır.

Xəstəliyin səbəbi sömürüdür,
Məhsulu üzü qara kömürüdür.

Vicdan hoqqa-fırıldaqdan anlamaz,
Öyrənmədən xoruz təkin banlamaz.

Fırıldaqçıları tanıtmaq üçün,
Gərəkən elmlər tapılıb bu gün.

Elm qoymaz tabu edə anası,*
Deyə “kürəyi enli”di balası.

      *- Mahmıdəli Çöhrəqanlının anasının dediyinə görə,
          guya balası Çöhrəqanlı lider olmaq üçün doğulub-
          dur. Çünkü “kürəyi enlidir”.
          Milli hərəkətimizin ogünkü durumu ilə şüur sevi-
          yəsini bugünkü durumu və seviyəsiylə tutuşdurunuz!

“Tabu”ları Baltacı Araz yıxdı,   <<<
Tabulaşdıran əmək boşa çıxdı.  <<<

Elmin kəşf etdiyi ... demokrasıdır,
Demokrasıya uymayan asidir.

Demokrası deyər ailə qurun,    (... siyası qurum)
Verdiyiniz sözün üstündə durun.

Demokrası deyər hər bir duruma,
Eyni haqları ver hər bir quruma.

Demokrası deyər hər bir quruma,
Eyni haqları ver hər bir birimə.   (bireyə)

Demokrası deyər haqq ver danışa,
Düşüncə ürətmək üçün yarışa.

Demokrası deyər sərbəstcə düşün,
Düşünürün üstünə çəkmə qoşun.

Demokrası deyər qoy sözün desin,
Yersiz təhqir edən kötəyin yesin.

Demokrası deyər dinləmək öyrən,
Dinləyə bilməsən özündən iyrən.

Demokrası deyər sor nədənini,
Ki öyrənə, tanıya mədənini.*

*- Sormadan, bilmədən, öyrənmədən,
öyrətmədən yarqılamaq olmaz.

Demokrası deyər öncə tənqid et,
Cavabsız buraxsa öz yolunu get.

Demokrası deyər baş əy ərənə,
Azınlığa eyni haqqı verənə.

Demokrası deyər alçağı alçalt,
Böyükü böyüklüyü qədər ucalt.

Demokrası deyər qurur yaxşıdır,
O zaman ki, haqqın səngərdaşıdır.

Qurur namusu qoruyan qoçaqdır,
Mənliyi sağlam olmayan alçaqdır.

Qururluvicdan baş əyər böyükə,
Qoymaz alçaq Fars eşşək deyə Türkə.
(Pıspıslı Fars pıspıslı deyər Türkə)

Qurur istər ki, özünü bəyənə,
Vicdan haqq verər pisə pis deyənə.

Qurur bilmədən cəhlini bəyənər,
Həm də cahil qalmaq üçün dirənər.

Qurur anlamaz pis ilə yaxşını,
Dəyişdirməz kimsənin baxışını.

Qurur bəsirət gözünü kor edər,
Söz eşidən gulağını kar edər.

Qurur deyər tutduğunu buraxma,
Haqlı olub olmadığına baxma.

Qurur qoymaz ki, cahil ağıllana,
Paslanmış ağlı-beyni sığallana.

Qurur qoymaz özündən tənqid edə,
Yaxud tənqidçinin yolunu gedə.

Qurur birləşdirən bağları qırar,
Həm də rəqibinin ağzına vurar.

Qurur lazımdı ki, yaxşı qoruna,
Qoymayın sərf ola yelli buruna.

Qurur lazımdı ki, haqqı qoruya,
Yoxsa istərəm kökündən quruya.

Qurur deyər suçumu iç eyləmə,
İçindən pislik çıxarma qələmə.

Qurur deyər rəzil etməyin məni,
Buraxın incitim tənqid edəni.

Qurur deyər məni eyibsiz sanın,
Xətrimə dəyməmək üçün də yanın.

Qurur istər ki, özəməliilə,
Özünə tay insan edə tərbiyə,
Dağılsa da quracağı ailə .    (... siyası qurum)

Qurur deyər sorma məndən səbəbi,
Cavabsız riayət etməz ədəbi.

Qurur biliksiz-məntiqsiz varlıqdır,
Müqəllid təkin oyuncaq yarlıqdır.

Qurur baş əyməz haqq ilə məntiqə,
Doğrudur, dəyişməz heç bir əntiqə.

Qurur deyər sevməsən gəl savaşaq,
Yoxsa suçuma tənqidsiz yanaşaq.

Qurur istər qurur üstünə cuma,
İstəməsə ki, suçuna göz yuma.

Qurur deyər mənə təhqir haqqı ver,
Mənə qarşı təhqirə verməyin yer.

Qurur qondarma qözlük də taxdırar,
Lider ola bilməsə qan axdırar.*

     *- İnanmasan, Surət Hüseynovu. “silahlandıran”
         rusqulu Heydər Əliyevdən sor!

Qurur barışdırmaz ki, qarışdırar,
Çöhrəqanlı bəy təkin yarışdırar.

Vicdan oyadar ki, cahil qalmaya,
Qurur qaldıran davaya dalmaya.

Qurur var ki, yıxar evi, eşiyi,
Qurur var ki, edər ... vətən keşiyi.

Cəhldən yana qurur yıxıcıdır,
Kor qururla yaşamaq sıxıcıdır.

Kor qurur haqlı sözə qarşı çıxar,
Kor qururun evini məntiq yıxar.

19.05.2010 Baltacı Araz