Çap

8 - Azərbaycan, qurtaracağız səni.

Azərbaycan, qurtaracağız səni.


And olsun doğranmış ulu Babəkə,
Qadına haqq istəyən Türk Məzdəkə,
Həm yurdsevər, həm də demokrat Türkə,
Azərbaycan, qurtaracağız səni.


And olsun səhv etməyən Sətarxana,
Farsı dost sanmaz ki, gedə Tehrana,
Kim xəyanət etdi Azərbaycana?
Azərbaycan, qurtaracağız səni.


And olsun başçımız Məmmədəminə,
Elçibəyin etdiyi bu yəminə,
“Ya ölüm, ya istiqlal Türk elinə,”
Azərbaycan, qurtaracağız səni.


And olsun Pişəvərinin yoluna,
Yurdsevər Türkün sağına soluna,
Yurdsevər doğub-böyüdən koluna,
Azərbaycan, qurtaracağız səni.


And olsun Azərin yirmi birinə,
Qurtardığı yurdu ilə yerinə,
Arvadını sərbəst edən ərinə,
Azərbaycan, qurtaracağız səni.


And olsun verdiyimiz şəhidlərə,
Gərçəkləşdirdiyimiz tənqidlərə,
Sadiq qalacağımız təhüdlərə,
Azərbaycan, qurtaracağız səni.


And olsun qurtuluşumun çağıma,
İşqal olmuş ağlar Qarabağıma,
Xocalıda görən ürək dağıma,
Azərbaycan, qurtaracağız səni.


And olsun türksevər edən dinimə,
Erməniyə bəslədiyim kinimə,
İntiqamımı alacaq tinimə,
Azərbaycan, qurtaracağız səni.


And olsun el-obasın sevənlərə,
Sevgilərindən doğan güvənlərə,
Ki qənim kəsiliblər şüvenlərə,
Azərbaycan, qurtaracağız səni.


And olsun xalqımızın fəryadına,
Dərdə düşmüş milli ... iqtisadına,
Dadına çatan igit övladına,
Azərbaycan, qurtaracağız səni.


And olsun Azərbaycanlı Qadına,
Ki demokrat firqə çatdı dadına,
Getdi ölkə satanların badına,
(Getdi müxtariyyətçinin badına)
Azərbaycan, qurtaracağız səni.


And olsun qutsal kimliyim Türklükə,
Kimliyimi qoruyan böyüklükə,
İstiqlal üçün savaşan Babəkə,
Azərbaycan, qurtaracağız səni.


And olsun “Gülüstan” poemasına,
Bəxtiyarın qan-yaş ağlamasına,
Vahid Azərbaycan çağlamasına,
Azərbaycan, qurtaracağız səni.


And olsun otaydakı istiqlala,
Vahid Azərbaycana, vahid ala,
Baltalayanları sən də baltala,*
Azərbaycan, qurtaracağız səni.
      *  (Hansı Araz? Baltacı Araz.)

And olsun Arazın şirin canına,
Damarında axan milli qanına,
Başı kəsilib-qoyulsa yanına,
Azərbaycan, qurtaracağız səni.

      08.03.2005   Baltacı Araz