7 - AZƏRBAYCAN!
AZƏRBAYCAN!
Varlığımız ölməkdədir,
Dünya bizə gülməkdədir,
Düşmən aşı çölməkdədir,
Azərbaycan! Azərbaycan!
Fars Türklərə heyvan deyir,
Həyalı Türk söyüş yeyir,
Haçana dək edək səbir,
Azərbayca! Azərbaycan!
Garabağı düşmən aldı,
Namusumuz əldə qaldı,
Arazları dərdə saldı,
Azərbaycan! Azərbaycan!
Çörək demə, “nan” deyirlər,
Ana dilin dan deyirlər,
Qeyrətsiz ol yan deyirlər,
Azərbaycan! Azərbaycan!
Ana dilim namusumdur,
Gözəl-göyçək Tavusumdur,
İrsiyyəmdir, varisimdir,
Azərbaycan! Azərbaycan!
Biz qazandıq məşrutəni,
Dəyişmədik xəritəni,
Dərdə saldıq bu vətəni,
Azərbaycan! Azərbaycan!
Türk övladı savadsızdır,
Şəhərləri zavodsuzdur,
Harayları imdadsızdır,
Azərbaycan! Azərbaycan!
Fars İranda dövlət olub,
Azərbaycan qarət olub,
Farsa milli sərvət olub,
Azərbaycan! Azərbaycan!
Fars dövləti vergi aldı,
Farsistanda ... şəhər saldı,
Mənim yurdum geri qaldı,
Azərbaycan! Azərbaycan!
Bank daeldən alır faiz,
Faydalana bilmir ... Tərbiz,
Ki olmaya sənayemiz,
Azərbaycan! Azərbaycan!
Türk məhsulu ... şukulatdır,
Fars montajçı bir dövlətdir,
Savaşdıran bu illətdir,
Azərbaycan! Azərbaycan!
Satqın satıb, Fars alıbdır,
Çalıb-çapıb qurd salıbdır,
Ana yurdum çölqalıbdır,
Azərbaycan! Azərbaycan!
Almaq olmur bir dəst fincan,
Qarət olur Azərbaycan,
Çapılacak nə vaxtacan?
Azərbaycan! Azərbaycan!
Fars xor baxıb Türk elinə,
Zülüm edib Türk dilinə,
Dağ qoyubdur Türk əlinə,
Azərbaycan! Azərbaycan!
Fars yurdumu çalır-çapır,
Alnıma da yapma yapır,
Satılan yolundan sapır,
Azərbaycan! Azərbaycan!
Vətənimi Rusya böldü,
Yüz minlərcə babam öldü,
Dost ağladı, düşmən güldü,
Azərbaycan! Azərbaycan!
Rus böldü bərbad eyləyə,
Düşmənləri şad eyləyə,
Tayları da yad eyləyə,
Azərbaycan! Azərbaycan!
Çar otayakəsdi kəbin,
Qurtarmışdı Məmmədəmin,
İşqal etdi faşist Lenin,
Azərbaycan! Azərbaycan!
Otayda dil azad idi,
Qadın haqları şad idi,
Çapılan yurd bərbad idi,
Azərbaycan! Azərbaycan!
Stalin də keçən həftə,
Türkə silah verdi müftə,
Devrimimi satdı neftə,
Azərbaycan! Azərbaycan!
Otay-butay vahid candır,
Gözü yaşlı bağrı qandır,
Yaralanmış bir ceyrandır,
Azərbaycan! Azərbaycan!
Haraylayır elim məni,
Qurtar deyir dilim məni,
Ağladırı telim məni,
Azərbaycan! Azərbaycan!
Ağlama ay gözəl vətən,
Qurban olsun sənə bu tən,
Geyinərəm mən də kəfən,
Azərbaycan! Azərbaycan!
Qurban olum istiqlala,
Vahid elə, vahid ala,
Araz gərək haqqın ala.
Azərbaycan, Azərbaycan,
Yaşa, yaşa Azərbaycan!
16.06.2004 Baltacı Araz