Çap

6 - İstiqlal qurtarmalıdır qadını.

İstiqlal qurtarmalıdır qadını.

Din haqqında bir dartışmanın sonucu:

* Qız dedi:
“Din bizə zülm edir qat-qat.”
Doktor dedi: “Ağrıyan dişi çək at!”
Ağrı dedi: “Tezdi, başını at yat!”

*  *  *  *  *

* İslam dini qadını tarla sanar,
Qadının insan olduğunu danar.

* Din deyər tarlanın karı ərindi,
“Allahın qazdığı quyu dərindi”.

* Din deyər səkkiz yaşlı qız əllənər ,(Ayşə-Mohəmməd)
Doqquz yaşlı kaftar ilə evlənər*.

Qoca kaftar, sənə on beş, yaşı olan
qız nə gərək? - 1910 M. İbad operası

* Din deyər bakirə qız etsə dava,
Gəlin etdikdən sonra çəkin dara!      (təcavüz)

* Din qadının mənliyini öldürər,
Bu səbəbdəndir ki, çadra örtdürər.

* Din istər erkək yönəldə qadını,
Yəni qoyun edə, sağa südünü.

* Din qadına haqq verməmiş boşana,
Haqq vermiş ki, dərd əlindən eşinə.

* Qaravaşın kəbini kəsilidir,
Yiyəsinin meylindən asılıdır.

* Dörd qadın bir erkək üçün halaldır,
İki ərlinin cəzası zavaldır.

* Çox qadınlı hər ev hərəmsəradır,
Başqa deyişlə fahişəxanadır.

* Bir saatlıq siğə qadın rusbudur,
Şiə məzhəbli Məşhədin kəsbidir,
Məşhədi Rza “imam”ın kəsbidir .(Möcüz)

* Din haqq verməz ki, qadın qazı ola,
Qazı istər haqlı haqqını ala.

* Kim istər insafını dinə sata?
Qıza bir, oğlana iki pay çata.

* İslam öldürər “ala” hər zadını,
   Əsir düşmüş qeyri-müslim qadını.

* Din iki şahid qadını bir sayar,
Yəni iki gözdən birini oyar.

* Din bilərək qadını mal tanıyar,
Qadını qullanmayanı qınayar.

* Din qoymaz naməhrəm əli sıxıla,
Ki uyqar təkin qabağa çıxıla.

* Qadın gərək ki, ağlını işlədə,
Çox arvadlı erkəkləri daşlada.

* Qadın insanların ən gözəlidir,
Laylası insanlığın qəzəlidir.

* Qadın mal deyil ki, tarla sayıla,
Boşanan zaman uşaqsız qoyula.

* Qadın mal deyil ki, arzı etməyə,
Mal sanan istər ki, qazı etməyə.

* Qadın mal deyil ki, çobanı ola,
Südünü sağanın qurbanı ola.

* Qadın eşşək deyil ki, yük daşıya,(hamilə ...)
Həm də haqlarından yoxsun yaşıya.

* Otay yüz il öncə dini qınadı,
Nala-mıxa döyən butay sınadı.

* Butay yüz il otaydan geri qalıb,
Çünki geriçi Fars ağlını çalıb.

* Geriçiliyi istibdad qoruyar,
Gəlişə bilməyən toplum çürüyər.

* Din haqq verməz dinə qarşı mərama,
Ki adamlıq haqqı verə  madama.

* Qadın toplumun yarı nüfusudur,
Antiqadın geriçi ulusudur.

* İstiqlal qurtarmalıdır qadını,
Yoxsa dəyişdirməlidir adını.

         15.09.2006   Baltacı Araz