2 - Nə yaman uzandı illər, ay ellər
Nə yaman uzandı illər, ay ellər
Arazın dalğası kükrədi lay-lay,
Böldülər bir eli ortada pay-pay,
Buludlar sıxlaşıb ağladı hay-hay.
Nə yaman uzandı illər, ay ellər,
Zülmilə bağlanır dillər, ay ellər.
Təbrizdə bir gözəl xalı toxuyur,
Bakıda bir ərmiş muğam oxuyur,
Artıq bu həsrəti bütün el duyur.
Nə yaman uzandı illər, ay ellər,
Bir-birə arxadı ellər, ay ellər.
Muğanın düzündə ceyranlar yatar,
Urmunun göyündə durnalar qatar,
Şuşanın dağlarına duman yatar.
Nə yaman uzandı illər, ay ellər,
Apardı Saranı sellər, ay ellər.
Tanrıdan sən nələr dilərsən dilə,
Fəqət bu vətəni bir bütün eylə,
Bütövlük və birlik şövqsun söylə.
Qarabağ hayqırır ellər, ay ellər,
Təbrizi çağırır ellər, ay ellər.
Ulu türk diyarım Borçalım mənim,
Dərbən qərib düşən mahalım mənim,
Kərkük içimdə ruh, halım mənim.
Param parça olmuş yurduma yazıq,
Savaşdan çəkilmiş orduma yazıq.
Yurda sel-sel düşman axır Savalan,
Hayqır bu milləti çağır Savalan,
Bağır, Bağır, Bağır, Bağır Savalan.
Bağırmada üsyan var üsyan Savalan,
Savaşa çağırır zaman, ay ellər.
Yaşasın bu yola baş qoyan ərlər,
İgid türk bayanlar, savaşçı ərlər,
Yeddidən yetmişə hər kəs bir əsgər.
Qarabağ deyərək girsin savaşa,
Savaşsız bu istək varılmaz başa.
And olsun millətin axan qanına,
And olsun Elçibəyin idealına,
And olsun şəhidlər xiyabanına.
Ba qan yerdə qalmaz ellər, ay ellər,
Bütövlük çağırır dillər, ay ellər.
Seyyid Cəlil Hüseyni-Muğan