21 Azər nehzətinin yaranması
21 Azər nehzətinin yaranması
Azər Nehzətinin Yaranması
Doktor Məhəmmədtəqi Zehtabi
21 Azər nehzətindən 30 il keçdi, bu nehzət ikinci dünya müharibəsindən sonra ümumən İran azadlıq hərəkatı xüsüsən milli azadlıq hərəkətının zirvəsidir. Bu hərəkət əleyhinə istər daxil və istər xaricdə təcziyətələb adlandırıb və biganələr əlilə yaranmış bir hərəkət göstərsələr də, 21 Azər nehzəti məşrutədən 1324-cü ilə qədər İran azadlıq hərəkatının tamami'lə, təbii və lazımı bir nəticəli idi, buna görə də heç bir xarici əl vasitəsilə yaranmışdı, bu hərəkət o dövrdən ictimai hadısələri qucağında tədriclə və təbii halda və xalq hərəkətının istəyi və iradəsi ilə yarandı. bu məsələləri işıqlandırmaq üçün 21 Azər nehzətinin müxtəlif cəhətlərinə dıqqət etmək lazımdır.
21 Azər nehzəti necə yarandı?
1289–cü il Ətabək parkı cənayətı ilə irtica qələbə çalmış demokratik məşrutə inqilabını boğdu və onun qəhrəmanlarını tədriclə müxtəlif yerlərdə aradan apardı. lakin azadlıq fikri və azadıxahlar aradan getmədi. Bunlar yeni şərayit və fürsət axtarırdılar ta qanun-i-əsasi və məşrutəni yenidən dirçəldib demokratik inqilabı təmamlasınlar. 1299-cu ildə bu fürsət yarandı çünkü tezar Rusiyyə İranın siyasət səhnəsindən çıxmışdı. əsasən məşrutə inqilabı iştirakçılarının rəhbərliyi altında Təbrizdə Xiyabani qiyamı, Gilanda Cəngəl nehzəti, Xurasanda isə kolonel Məhmmədtəqixan qiyamı baş verdi. Bu hərəkətlər də irtica tərəfindən yatırıldı, lakin yenə də nə mütərəqqi fikirlər boğuldu və nə də tamam Azadixahlar məhv oldu. Rza şah naqis qanun əsasiyə əl aparıb onu ruhsuz bir gövdəyə çevirdi Azadixahlara görünməmiş divan tutdu və bir sırasını zindanda öldürdü. İranın Azadixvah qüvvələri Rza şahın simasında məşrutə cildinə girmiş bir diktatorun necə inglislər tərəfindən yaranıb İran xalqlrına təhvil edilməsini bütün varlıqlarıyla ləms etdilər. İkinci dünya müharibəsi başlandı və şəhrivər hadisəsində İranı da ihatə etdi. İnglislilər Rza şahı gətirdikləri kimi apardılar. İrtica zəyiflədi lakin irtica dəstgahı əl dəyilməmiş qaldı. Azadixahlar zindanlardan çıxdılar. Sürgündən qayıtdılar. İran azadlıq hərəkatının mərhələsi başlandı. Bu hərəkatın başında yenə də məşrutə inqilabı və 1299-cu il hərəkatlarının iştirakçıları dayanırdılar. İctimai hərəkat gücləndi və hizblər fəaliyyətə başladılar xalq hərəkatıyla bərabər yuvası sağlam qalmış irtica da fəaliyytdən əl götürmüş çox aşkar şəkildə mütərəqqi qüvvələr xitaba deyirdi: «qoy müttəfiqlər quvvələrini aparsınlar, onda biz sizə azadlıq və demokratik nə olduğunu göstərərik» Pişəvəri 1324 Azərbaycan ruznaməsi 30 şəhrivər. Azadixahlar İranın faşizm əleyhinə qələbədə oynadığı rola bel bağlayır və diktatorluğun təzədən ehyasına az güman edirdilər. Lakin faşizm əzilib və müttəfiqlərin İranı tərk etməsi yaxınlaşdıqda kirimiş irtica azadixah qüvvələri qarşı ciddi hücuma başladı. Mərhum Pişəvəri 1324-cü il şəhrivərin 29-da bu haqda yazırdı: «Tehran səri qədəmlərlə irtica tərəfə getməkdədir başımıza Yunan xalqının başına gələn oyunu gətirmək fikirindədirlər. Məclis və dövlət və mətbuat satılmış xayın adamların əlinə düşmüşdür. Bunlar vurub yığıb, öz siyasətlərini yetirmək istəyirlər. Azadlıq, demokratik naminə çalışdıqda olan qüvvələr cür-bə-cür bəhanələr ilə boğulub tarumar edilməkdədir. Rzaxan'dan daha qaban, daha sərt bir cəllad vücuda gətirəmək nəqşəsi ciddi surətdə mövqei icraiyyə qoyulmuşdu. Pişəvəri Azərbaycan qəzetində yazırdı» müharibə xatimə tapar-tapmaz ölkəmizdə irticai ünsürlər baş qaldırıb yirmi illik istibdad və diktatorluq üsulunu yenidən diriltməyə başlamışlar... biz bilmirik atlantik mənşuru nə oldu, potsdam konfransının rəyləri yenə İrana şamil ola bilmədi?! ondan əlavə mənşur-i atlantik bütün dünya millətlərinə öz müqəddəratını təmin etmək haqqını vermişdir. Biz Azərbaycanlılar da bu haqqdan istifadə edib İranda xalqın da öz sərniviştimizi təyin edib və verdiyimiz böyük qurbanlar bahasına əldə edilən qanun-i əsasini diriltmək istəyirik. «Pişəvəri Azərbaycan qəzeti səhifə 231. ikinci dünya müharibəsindən təzə meydana atılmış Amerika imperyalizmi də İranın siyasət meydana at çapmağa başladı. Bu məselə azadixahları bətər nigaran edirdi. Çünki onlar bilirdilər ki, Amerika tərəfindən də himayə olan təzə diktatorluq daha sərt və daha gobüd olacaqdır. İrticaın qabağını almaq üçün azadıxvah quvvələr ikinci dünya müharibəsi nəticəsində yaranmış nisbətən müsaid fürsəti əldən verə bilməzdilər. Keçmiş inqilabi sabiqələri və inqilabi zəminə cəhətdən irticailə müqabilə Azərbaycandan savayı İranın ayrı yerində mümkün deyildi. Demək belə bir müqabilə İran azadlıq hərəkatının məşrutiyyədən 1324-cü ilə inkişafının təbii məhsuluydu. Bu zaman inqilabi quvvələr əl-əl üstə qoyub baxa bilməzdilər və bu işi məhz Azərbaycandan başlamalıdılar. Bu həqiqəti mərhum Pişəvərinin 1324-cü il şəhrivərin 24-də Təbrizin şir-o-xurşid salonundakı nütqündə açıq görmək olar o deyirdi: Vəziyyət elə ağır bir hal aldı ki, artıq Tehranda oturub məqalə yazmadan nütq etməkdən bir nəticə ola bilməyəcəyini yəqin etdim. Naçar bir il bundan əvvəl Təbrizdə uzun-uzadı bǝhs etdiyimiz məsələ ətrafında düşünməyə başladım. Bu çox sadə tədbir idi, mənim Təbriz məsləkdaşlarımdan dedilər: Azərbaycandan başlaması buranı islah etmə Azərbaycan xalqının öz gücü ilə burda milli hökümət gətirəməliyik, Tehran İrtİcaın başı istibdadın mərkəzidir. Bir neçə növbədə ordan göz yumub müstəqimən burda iş görməliyik. Bu fikrin həqiqəti o vaxt nǝzǝrimdə daha aşkar bir surətdə cilvə etdi ki, dövlətin məsul məmurları ilə Azərbaycan xalqının təzəllüm və dadxahlıq teleqrafları haqqında müzakirə etdim. Məslən Bəyat dedi: Mən radyo vasitəsilə müraciət etmişəm. Artıq xalq ərizə və teleqraf vasitəsilə özünə zǝhmǝt verəməməlidir. Sədr dedi: Bir teleqraf olmasın min teleqraf olsun, mən bu kimi boş sözlərə cavab verəməyəcəym. Bu sözlərin ayrı cavabı ola bilməzdi, gərək xalqa müraciət etmək. Xalqın yumruğun gücü ilə azadlığı təmin etmək. Bu şüarlar mən Təbriz azadixahlarının təklifi üzrə Tehrandan Azərbaycana hərəkət etdim. Pişəvəri 21 Azər gündəliyi səhifə 8. Belə bir şərayitdə 1324-cü ilin əvvəllərindən bir sıra azadixahlar İranın müxtəlif yerlərindən Təbrizə gəlib şəhrivərin 12-də Azərbaycan demokrat firqəsini təşkil etdilər. Bu firqənin müəssisləri və qabaqcıllarının çoxu məşrutə inqilabı, Xiyabani qiyamı, Cəngəl nehzəti və 53 nəfərin iştirakçıları idilər. Bu şəxslərdən aşağıdakıları nümunə göstərmək olar. Hacı Əzimxan (Sətarxanın qardaşı), Nizamüddövlə Rəfii (firqənin müəssislərindən və məşrutə inqilabı zamanı Azərbaycan əncümənin üzvü). Müstəşarüddövlə (məşrutə dövrü Azərbaycan əncümənin üzvü). Mir Cəfr Pişəvəri (cəngəl hərəkatının fəal rəhbərlərindən), Mirzə Nurulla Xanyekani (məşrutə inqilabının ən məşhur qəhrəman mücahid rəhbərlərindən) Nemət Aqavəli Səmsam (məşrutə inqilabında Səttarxan mücahidlərindən). Mərəndli Bürhani (Xiyabani qiyamı iştirakçılarından), Əli Fitrət (şair məşrutə azadixahlarından). Əli Qəhrəmani (Səttarxan atlılarının Rəisi və Xiyabani qiyamı inqilabçısı). Təqi Şahin (53 nəfərdən), Təsuclu Cəmali (məşrutə və xiyabani inqilabçılarından). Mirkazım (məşrutə inqilabı mücahidlərindən). Cəfər Ədib və Mir Əbdülhüseyn Faiqi (məşrutə və Xiyabani qiyamı maarifçilərindən) və… bu şəxslərdən Azərbaycanın bütün şəhərləri və qəsbə və kəndlərindən varıdı və firqənin ön sıralarında gedirdilər. Azadlıq, məşrutə bütün İranın yolunda getmiş qırx illik (1945- 1905) döyüşlər və mübarizələrin iştirakçıların tərəfindən yaranmış bir firqə fəqət onun düşmənləri tərəfindən biganələr əlilə yaranan firqə adlana bilər. Belə bir firqə azadixah quvvələr tərəfindən qanuni əsasini diriltmək, azadlıq demokrasi rolu hüquqları təmin etmək və diktatorluğun qabağını almaq üçün yarana bilərdi. Azərbaycan demokrat firqəsi bu iş üçün də yaranmışdı. Bunu qeyd etmək lazımdır ki, dünyanın heç bir yerindən və heç bir zaman elə inqilabi hərəkat baş verəməmiş və baş da verə bilməz ki, xarici zinəf quvvələr öz xeyrlərinə ondan istifadə etməyə can atmasınlar. Belə xarici cəhdlər bir hərəktın xəlqiliyi və onun xalqı tərəfindən yaranmasını xədşədar edə bilməz. Azərbaycan demokrat firqəsinin yaranması və 21 Azər nehzəti də bu qanundan müstəsna deyildir.
21 Azər nehzəti necə yarandı?
İranın yuxarıda göstərdiyimiz ictimai-siyasi vəziyəti nǝzǝrə alaraq 1324-cü il şəhərivər ayının 12-də firqənin 12 maddədən ibarət olan müraciət naməsi nəşr olundu.
Beləlikdə Azərbaycan demokrat firqəsini təşkil olub işə başladı. Bu müraciətnamə firqənin Azərbaycan barədə iqtisadi, ictimai, fərhəngi və milli ehtiyacları əsasında şüarlar irəli sürüdür. Müraciətnamənın 48 nəfər imza etmişdi ki, bir parası sonralar dalı çəkildilər. Bir ay keçmədən Azərbaycan kargər ittihadiyyəsi və hizb tudə İranın Azərbaycan və Zəncan təşkilatı da firqəyə mülhəq oldular, beləlikdə az bir müddət ǝrzində firqə Azərbaycanın ən qüdrətli və nüfuzlu ictimai təşkilatına çevrildi. Bu müraciətnamə və ya firqənin əsasi hədəflərin mərhum Pişəvərini 1325-ci il ordibeheşt ayının 24-də Azərbaycanın şəxsiyyətləri konfransında belə xülasə etmişdi: «İran daxilində İranın istiqlal və təmamiyyəti ərzisini müraat etmək şərtilə öz daxili işlərimizi öz əlimizə almaq və öz evimizi öz idarəmiz ilə idarə etmək öz ana dilimizdə milli fərhəngimizi mütərəqqi və müasir hala salmaq» Pişəvəri 21 Azər gündəliyində səhifə 3. Azərbaycanın Azərbaycanlı əlilə idarə olma işini firqə qanuni əsasini bir sütunu olan əyaləti və vilayəti əncümənləri vasitəsilə həyata keçirəmək istərdi, buna görə Tehrandan bu əncümənləri təşkil etmək tələbini irəli sürdü, lakin Sədrüləşrəf kabinəsi bu təklifi mehr ayında rədd etdi və Azərbaycanda ciddi terora əl atdı. Beləliklə bir daha məlum oldu ki, Tehran Azərbaycanın qanuni haqqını dinc yol ilə verəməyəckdir. Firqə yaranmış imkanı əldən verə bilməzdi buna görə də müstəqil hərəkət etməlidir. «Xalqımız siyasətdə sərdari millinin Tehrana gəlmədən qabaq təqib etdiyi yol ilə getməli, ona təqlid etməlidi». Pişəvəri 21 Azər gündəliyində səhifə 149. Belə olduqda firqə əyaləti əncümən ilə kəfaytlənib qala bilməzdi. Xalqın arzılarını həyata keçirən təşkilat lazım idi bu iş üçün xalq konfransları yarandı. Xalqa müraciət oldu. Xalq konfranslarında on minlərcə imzaya malik olan qərarla Tehrana müntəzir olmada milli azadlıq təmin edən muxtariyyət və milli hökümət təşkilatı tələb edən təsmim namələr sel kimi axıb Təbrizə gəldi, firqəmiz isə xalqımızın ruhundan qopan bu böyük nəfsə laqeyd qala bilməz və xalqı öz halına qoya bilməzdi. Ona görə çox səri bir surətdə xalq konfranslarını arzılarını əməli etmək və xalqın səsinin təmrəküz vermək üçün aban ayının yirmi doqquzunda, özünü müəssislər məclisi adlandıran, xalq yığıncağı yaratdı.» Pişəvəri 21 Azər gündəliyi səhifə 22. 24 nəfər hüdudunda nümayəndəsi olan və Təbrizin şir xurşid zalında keçirilən bu yığıncaq milli hökümətin əsasını qoydu və foriyyətlə milli məclisin çağırılması qərarını qəbul etdi. Azər ayının birinci yayında məclisin intixabatı keçirildi. Bu zamanlar Tehran hökümti “Bəyati” Təbrizə göndərdi “Bəyat” əyaləti əncümən gələcək məclisin təəssüb edəcəyi surətdə qəbul etdi və bu işə diqqət qazanmadan ötür idi. Firqə öz işinə davam etdi. 21 Azər günü milli məclis açıldı və milli hökümət quruldu. Rəsmi dövlət təşkilatı yaratmaq işilə məşqul olmaqla bərabər firqə öz əsasını möhkəmləndirmək işindən qafil deyildi. Belə ki mehr ayının doqquzunda firqənin birinci kongirəsi təşkil olub firqənin xətti hərəkətinin və məramnaməsi təsdiq etdi. 1324-cü il azərin yirmi biri xalqımızın tarixində ən həyəcanlı günlərdən biri idi. Bu günə şahid olanlar bilirlər ki, bu gün bir tərəfdən saatın binasında milli məclis açılır və o biri tərəfdən isə fədai quvvələri tərəfindən mühasirə olunmuş Təbriz ərteşinin fərmandehi sərtib “Dirəxşani” ilə müzakirə davam edirdi. Ta ordu qardaş qanı tökülmədən təslim olsun.
Fədayi qüvvələr necə yaranmışdı?
Demək firqə dövlət təşkilatı yaratmağa çalışmaqla bərabər bilərdi ki, Tehran ordusu Təbrizdə olduğu halda milli hökümət iş başına gələ bilməz buna görə yaranan milli hökümətin silahı arxasında haqqqında da düşünür və fəaliyyət edirdi. Buradan oxuculara belə bir süal meydana gələ bilər. bu fədayilər kimlər idilər? fədayi təşkilatı necə yarandı? 1320-ci il şəhrivər ayında Rza şah qaçıb İran ordusu dağılanda Azərbaycan kəndlərinin əlinə çoxlu silah düşdü və ərbablarla kəndlilər arasında toqquşmalar başlandı. Bu toqquşmalar zaman keçdikcə şiddtlənirdi və kəndlilər yayın əvvəllərində hizb Tudə İranın Azərbaycan əyaləti komitəsinin təşbbüsü ilə Azərbaycan ustandarının kəfili Nikxu bəy kəndlilərin verməli olduğu bəhrə malikanə barədə bəxşnamə sadir elədi. Bu bəxşnamə hizbi tudə İranın əyaləti komitəsi tərəfindən təksir olunub bütün kəndlərə göndərildi. Bu iş Ərbabla Kəndli arasındakı toqquşmanı daha şiddətləndirdi. Bunun nəticəsində firqənin yaranması ərəfəsində Azərbaycanın bütün zindanları kəndlilərlə dolu idi. Kəndlilərin hizbi tudəyə şikayəti o yerə çatmışdıkı, 1324-cü ilin yayında hizbi tudənin mərkəzi komitəsi isfahanlı vəkil dadgustəri “Murtaza Ravəndi”ni Təbrizə göndərilmişdi ta zindan olmuş kəndlilərdən məhkəmələrdə müdafiə eləsin. Bu zamanlar Tehran hökümətinin kəndlilər əleyhinə fişarı artdıqca onların narazılıqlarını daha artırdı. Firqə yaranan zaman Azərbaycan kəndlisi bu durumda idi. Fədailər həmin narazı kəndlilər idi, və fədai təşkilatı da bunların tərəfindən yaranmışdı. Azərbaycan demokrat firqənin rolu isə bu narazı kəndliləri öz üzvləri vasitəsilə müntəzəm hala salmaq və müəyyən hədfə doğru yönlətməkdən ibarət idi. Mərhum Pişəvəri fədai dəstələri və onun təşkil barəsində demişdir. «bu fədai dəstələrinin barəsində təəssüflə bu vəqtədək çox eşidilmişdir. Bu təşkilatın təfsili milli tariximizin ən şanlı siqələrindən birini vücüdə gətirəmişdir. Fədai təşkilatı çox təbii bir surətdə xalq hərəkatında doğmuşdur, kəndlərdən intiqam almaq qəsdilə meydana çıxan bu cəryanda firqə təşkilatlarının göstərdikləri və fədakarlığı inkar etməyə lüzum yoxdur. Doğrudur kəndli, jandarm zülmündən cana gəlib onun şərrini dəf etmə üçün silah əldə mübarizəyə qiyam etmişdi, lakin onun təşkil edən onun başında duran, onu düzgün hədfə sövq edən firqəmizin yerli təşkilatlarının tərtib etdiyi qəhrəmanlar olmuşdu. Acı tənqidlər və şədid təərrüzlərə baxmayaraq kamali xünsərdliklə xalqı təşkil edib fədai dəstələrinin firqənin inanılmış adamların rəhbərliyi altında çəkməyə çalışırdı. Nəhayət hərəkət xalq içərisindən başlayıb bütün ölkəni bürüyüb Tehran irticaının qoşun qalalarını üzük qaşı kimi mühasirəyə alıb milli qüdrətimizin qabağında diz çökməyə məcbur etdi.» Pişəvəri 21 Azər gündəliyi səhifə 64 fdai təşkilatı Azərbaycanın böyük yerlərində yaranmış böyük bir müsəlləh təşkilat idi. Bu təşkilat özü də irticaın hücuma keçdiyi və bidad etdiyi bir zamanda yaranmışdı. Xalqımız və 21 Azər nehztinin böyük iftixarlarındandır ki, belə bir şərayitdə fədai təşkilatının yaranması cəryanında bir nəfər də olsun xəyanət etməmiş dir. Mərhum Pişəvəri 1325-ci il mehrin 25-də deyirdi: «Bu gün iftixar edirik ki, ağır bir şərayitdə o vaxt ki, Azərbaycanda irtica tam qüdrətlə hökmranlıq edirdi, biz Azərbaycanda bir müsəlləh fədai təşkilatı vücüdə gətirdik ki, onun əfradından bir nəfər də olsun xəyanət etmədi. Pişəvəri 21 Azər gündəliyi səhifə 128. Bəli fədai quvvəsi və onların qəhrəmanlıq hərəkatı Tehran, onun jandarmaları və dövlət məmurlarının Azərbaycana göstərdiyi iqtisadi və milli zülmün qanuna uyğun əksüləməli idi. Necəki Məhəmmdəlişahı zülmü bu fədailərin atalarını tüfəng götürüb mücahid dəstələri yaratmağa məcbur etmişdi.
21 Azər nehzəti bütün İran azadlığının başlanğıcı idi
Səltənət rejimi birinci 21 Azər nehzəti təcziyətələb adlandırıb və çoxları bu nəğməni təkrar etməkdədirlər. Doğrudandanmı 21 Azər nehzəti Azərbaycanı İrandan ayırmaq istərdi? Firqə zamanının bütün sənədləri və mərhum Pişəvərinin bütün məqalələri və süxənranlıqlarını nǝzǝrdən keçirdikdə çox çətin elə mədrək və məqaləyə rast gəlmək olar ki, orada firqənin bütün istəklərinin İran çərçüvəsi daxilində olduğunu qeyd olunmamışdır. 1324-cü il firqənin birinci rəsmi sənədi olan 12 şəhrivər müraciətnaməsinin birinci maddəsı həmin bu məsələ idi. Bu barə sənədlər o qədərdir ki, göstərmək və ya yazmaqla başa gəlməz. Oxucular xüsusilə cavan nəsl bu barədə həqiqəti bilmək istərlərsə, mərhum Pişəvərinin seçilmiş əsərləri və 21 Azər kitabı habelə 12 şəhrivər kitabını əldə edib və oxusunlar. Bununla bərabər qeyd etmək lazım hesab edirik ki, öz fəaliyytini birinci mərhələsində Azərbaycan demokrat qüvvəsi çalışırdı. Bütün İranı azad etmək üçün Azərbaycanda bir dayaq və mərkəz yaratsın. 1324-cü il şəhrivərin 21-də mərhum Pişəvəri yazırdı: «Tarix bizim öhdəmizdə böyük bir vəzifə qoymuşdur. Biz Azərbaycanda sarsılmaz bir azadlıq qalası vücudə gətirəməliyik». Bu işə müvafiq olandan sonra firqə öz fəaliyyətini ikinci mərhələsinə başlamışdır, o da bütün İranı azad etmək məsələsi idi. Demək firqənin ilk gündən hədfi bütün İranı əsarət və diktatorluğundan azad etmək idi. mərhum Pişəvəri 1324-cü il mehr ayının səkkizində yazırdı: «Biz məqalələrimizin birində yazmışdıq Tehran özünü irticanın qucağına atarsa biz öz azadlığımızı müstəqil bir surətdə təmin edəcəyik. O işimizin başlanğıcı idi. İndi firqəmizin qüdrəti artmışdır ki, bir qədər irəli qoyub deyirik Tehran tutduğu yoldan qayıtmaq istəməzsə, biz onun qəhər və qəzəblə o yoldan qaytarmalıyıq». Pişəvəri seçilmiş əsərləri səhifə 224.