Dil və millət barədə
Dil və millət barədə
(Stefan Nemanianın vəsiyyətnaməsinin bir hissəsi)
Stefan Nemania (vəfat ili 1200 miladi) Serb Nemaniç krallığının banisi və serb pravaslav kilsəsinin təsisçisidir. Nemaniç ailəsi serb millətinin yaranıb möhkəmlənməsi üçün çox çalışmış, nəhayət XIX əsrdə serb milliyyətinin yaranması və serb pravaslav kilsəinin müstəqilliyinə şərait yaratmışlar. Dil əmanəti kimi məşhur olan Stefan Nemanianın vəsiyyətnaməsi serb millətinin milli konvensiyasıdır. Bəzən Serbiyanın qəzet və jurnallarında çap edilən dil əmanətini bu ölkənin bütün təhsil və mədəniyyət müəssisələrinin divarlarında müşahidə etmək mümkündür. Nemania bu məktubunda dili millətin cövhəri hesab edir.
Stefan Nemanianın vəsiyyətnaməsinin bir hissəsi
Əziz uşağım!
Öz vətənini mühafizə etdiyin kimi öz dilini mühafizə et. Şəhərləri, yurdu və həyatı itirmək kimi sözləri də itirmək olar. Lakin dilini, yurdunu və həyatını itirmiş bir millətdən nə qalar? (o daha millət deyildir).
Oğlum!
Heç bir yad söz dilinə gətirmə. Yad söz dilinə gətirəndə bil ki, sən ona qalib gəlməmisən, bəlkə daxildən özünlə biganələşmisən. Dilinin ən kiçik və zəif sözlərini itirməkdənsə ölkənin ən böyük və möhkəm şəhərlərini itirmək yaxşıdır. Əraziləri təkcə qılıncla yox, bəlkə dillə də fəth etmək olar. Agah ol ki, dilinin əsarətə düşmüş və unudulmuş sözləri sənin biganənin əsarətinə düşməyinin meyarıdır. Dilini başqalarına uduzan millətlərin həyatı da dayanır.
Mənim sevimlim!
Bədəni xəstələndirib əziyyət edən kimi, dili də xəstələndirib incidən xəstəlik var. Mən belə infeksion və yoluxucu xəstəlikləri xatırlayıram. Belə yoluxucu xəstəliklər bir xalqın kənar və sərhədlərinə təsir edir. Yəni bir millətin digər millətlə sərhəddinə və dillərin təmasda olduğu yerdə. Mən müharibələrdə dildən ən qorxunc silah kimi faydalanıram. Mən də bu yoluxucu və ölümcül xəstəlikdən düşmən arasında yayıb və ondan qalxan kimi öz qoşunuma istifadə edirəm. Qoşun və komandanları yarı tutulmuş ərazilərə göndərirəm və daha çox şəhərləri qılıncdan çox dillə tuturam.
Mənim sevdam!
İki xalq bir-biri ilə müharibə edib və ya barışa bilərlər. Lakin iki dil heç zaman bir-biri ilə barış bilməz. İki xalq sülh və harmoniyada yaşa bilərlər, lakin dilləri yalnız müharibə şəraitində olur. İki dil birlikdə təmas edib bir-birinə qarışdıqda sankı iki qoşun ölüm-dirim müharibəsi aparır. Hər iki dil qulağa dəyirsə deməli heç biri müharibənin qalibi olmayub. Lakin bir dil başqasından çox eşidilirsə o dil qalib olmağa doğru gedir. Müharibə sona çatır və digər dil oratadan qalxır. Bir dilin itməsi ilə bir millət də məhv olur.
Oğlum!
Bilməlisən ki, dillər arasında müharibə nə iki qoşun arasındakı müharibə kimi bir-iki gün, nə də iki xalq arasında müharibə kimi bir-iki il davam etmir, bəlkə yüz illər davam edər. Bu zaman kəsiyi, insan ömrünün bir-iki dəqiqəsi kimi dil üçün çox qısa zamandır.
Oğlum!
Dil üçün yoluxucu xəstəlik və ölüm ondan ibarətdir ki, xalq öz dilinə arxa çevirsin. O zaman istər-istəməz biganə dili qəbul edəcəklər. Deməli bütün müharibələrdə məğlub olmaq dili itirməkdən daha yaxşıdır. Çünki bir dil öləndən sonra həmin dili danışan millət də olmayacaq. Millət dili olduğu vaxta qədər diridir. İnsan bir ilə öz ana dilini öyrənir və ömrünün sonunadək onu unutmur. Xarici dili bir ilə öyrənə bilərsiniz, lakin bir ilə ana dilini unudub, xarici dili qəbul edə bilməzsiniz.
Sevimli övladım!
Başqa dildə danışanlarla diqqətli olun, onlar gizli gələr və siz bilməzsiniz necə gəldilər. Hər addımda sizə təzim edər və sizə yolu açarlar. İlk öncə dilinizi bilmədikləri üçün it kimi yaltaqlıq edib özlərini şirin göstərərlər. Biz heç zaman onların nə düşündüyünü bilmirik və heç zaman da bilmərik. Çünki, hər zaman sakitdirlər. Çünki, birinci gələnlər tanımaq üçün gəlirlər və sonra digərlərinə xəbər verirlər, daha sonra hamı gəlir. Gecə vaxtı saysız-hesabsız qruplar şəklində qəndə toplaşan qarışqalar kimi sakit gələrlər.
Bir gün siz yuxudan oyanıb və özünüzü yad dilin çəngində görəcəksiniz. Sizin ətrafınızı başqa dildə danışanlar almışlar. O zaman başa düşərsiniz ki, artıq gecdir. Qəflətən başa düşəcəksiniz ki, onlar lal və kar deyillər. Öz dilləri, adət-ənənələri və rəqsləri vardır. Onların hay-küylülərinin səsləri qulaqları kar edir. İndi onlar artıq yaltaqlıq və xahiş etməyib, bəlkə oğurlayıb və zor ilə əldə edirlər. Belə olduğunda sən öz evində yad kimisən. Başqa çarə yolu qalmır. Ya onlarla döyüşüb çölə salmalısınız, yada öz ev eşiyinizi buraxıb getməlisiniz. Qeyri dildaşların qəsb etdiyi torpaqlara qoşun çəkməmək lazımdır; onların öz qoşunları gəlib dilin əldə etdiyini mənimsəyəcəklər.
Övladım!
Dil hər qaladan möhkəm olar. Düşmən qalaları dağıtdığı an ümidini itirmə. Diqqət elə gör dilinin başına nə gələcəkdir. Dilin ziyan görmədən ayaq üstə qaldıysa, qorxma. Casus və tacirləri şəhər və kəndlərin ortasına göndər və diqqətlə dinləmələrini istə.
Bizim sözlərimizin izi qalan yerlər və terminlərimizin əski qızıl pul kimi dəbdə olduğu yerlər, hələ də bizimdir. Kimin o yerlərə hakim olduğu önəmli deyil. Şahlar gəlib gedərlər. Ölkələr və hakimiyyətlər darmadağın olarlar, lakin təkcə dil və millət sabit qalar. Ölkənin ayrılmış hissələri və qəsb olunmuş millət bir gün öz əslinə qayıdacaqdır.
Ey ürək meyvəsi!
Bunu bil ki, ölkənin ayrılması milli kimliyə o qədər də təhlükəli deyil, ola bilsin ki ancaq bir nəsil üçün təhlükəli olsun, bundan artıq yox. Ürəyimin meyvəsi! Kimlik nəsillərdən və ölkələrdən və şəhərlərdən daha uzun və daha davamlıdır. Xaricilərin əsarətində olan millət, sədd arxasında olan suya bənzər, nəhayət bir gün sədd sınıb kiçik çaylar bir-birinə qovuşacaqdır. Dil həmin sudur. Su səddin arxasında və ya o tərəfində olursa-olsun həmişə sudur. Dil, həmin sakit və güclü su kimidir ki, yavaş-yavaş daşları yarıb, dağılmış milləti sərhədlərin, səddlərin və daşların arxasından gətirib, bir-birinə qovuşdurur.
Stefan Nemania