Çap

31 - Qarabağ çağırir bizi haraya

Qarabağ çağırir bizi haraya

*Bir Vətən boğulur məndə,*
  Bir Mən darıxır bu Vətəndə.

*Çoxdandır ki bir köhnə uçuq səs,
  məni səslər.....*
Bu nə səsdir ki axı yanqını var?
Çox böyük həsrəti var, qarqışı var
Bu nə səsdir? Bu nə haydır?
Görəsən başqa duyan var bu səsi?

Ax...
Necə sızlar ürəyim,
    Bu inilti.... 
    Bu sızıltı...
              Canıma düşdü gizilti
Nə qaranlıqdı bu səs!!!
                     Nə soyuqdur?
                               Üşüdüm...
“Əzizinəm Qarabağ,
    Şəki Şirvan Qarabağ,
Aləm cənnətə dönsə,
     Yaddan çıxmaz Qarabağ.”

Səni duydum,
         Səni bildim...
                 Bu səs...
Ana Vətənin parçalanmış ürəyindən ucalır,
Erməni tapdağı altında qalan Toprağımızdan güc alır,
                                    Sozalır...
                         Dərd əlindən qocalır.

Qarabağ şikəstəsin şənliyimizdə oxumaqla,
Vətənin çağrışına hay- haray olmaz,
             Xocalı soyqırımı...
         Düşmənin etdigi basqın...
 Tar- kamanla basılan torpaq alınmaz.

 Düşmənə həddini bildirmək üçün,
 Ildırım tək şaxacaqsan,
                      Yağınin şum gözünə,
 Ox olub sancılacaqsan
                      Qarabağ toprağını,
 Qan verib qurtaracaqsan.

Qarabağ unutmayıb, unutmayacaq,
Gözünü yollardan asmış...
Qulağını bir milyon didərgin düşən qoçaqların,
                        Ayaq səsinə yatırtmış,
Kəsin qayıdarlar diyə,
Cənnət qoxulu havasını...
Yam yaşıl meşələrini...
Qutsal toprağını...
Özgürlük buxcasında qoruyub saxlamış.

Qarabağ  bizi çağırır,
E... hey igidlərim,
E... hey qoçaqlarım,
            Topraqdan pay olmaz,
Rus, Fars, Erməni daşnakları,
Bu diyarda bəxtiyar olmaz.

 *Biz Vətənə sahib çıxmasaq eyər...*
   Vətən bizə nasıl sahib çıxar?
   Bu bizim tarixi torpaxlarımız...
   Bu bizim babalardan miras qalan sərvətimiz,

*Biz Vətən naminə can verməliyik,
  Qanımızdan ona hay verməliyik*

*Qarabağ Vətənimdir,
           Türkün yurdu qalacaqdır,
*Üç rəngili bayrağımız,
           Şuşada asılacaqdır.*

09.04.2016     Eldar Güneyli