Çap

27 - Milli hərəkətə polad lazimdir

Milli hərəkətə polad lazimdir


Arazın yaşamı sürdü dəyişimə
Milli görəv düşdü mənim üstümə
Yazısın[1]yetirəm öz millətimə
     Millətin dərdləri çoxdur bürünür
     Nəzəriyyəçimiz yoxdur sürünür


Ulusum öz milli haqın istədi
Ərəkə[2] yüz ildən bəri yetmədi
Çünkü Vəten ideoloq vermədi
     İdeoloq dirənişə yön verər
     Ərəkə yetməyə düzgün son verər


Hədəfsiz liderin başı sərilər
Milli dirənişin yolu əyilər
Hərəkətə yiyə durar dəlilər
     Milli hərəkətə Sədəf (polad) lazimdir
     Sədəfə düşüncə hədəf lazimdir


Vətən ideoloq yetirdi bizə
Baltacı Arazı millətimizə
Özündən yadigar[3] quyubdur sizə
     Milli hərəkətin manifestini
     Ərəkə[4] yetirsin məmləkətini


Vətənin sonucu azad olmaqdır
İşğalçını[5]yurddan soldurmaqdır
Sərvətlərimizə yiyə durmaqdır
     Araz özgürlüyün yolun çözübdür
     İstiqlala gedən yolun [6] sunubdur


"Uyqarlaş"la, "Otay-Butay-Vətəndir"
"Vətənlə xalq inqilaba gələndir"
İstiqlqlın təməlini biləndir
     Vətənin qurtuluşa gedən yoludur
     Oxuyub yaymasaq kimin suçudur?

                     24.10.2015  
 

[1] Sonuncu bənd şeirdə adlanan yazılmış Büküləri(Kitabları)
[2] Hədəfə, ərəb sözü
[3] Yazdığı yapıtlar(əsərlər): Otay-Butay-Vətəndir, Uyqarlaş, Azərbaycanı istiqlal qurtaracaq
və Azərbaycan inqilaba hamilədir( bu bükü fars dilində yazılıb).
[4] Istiqlala, bağımsızlığa, özgürlüyə
[5] Fars tustaqlıqından, əsarətindən
[6] Milli demokratik inqilabın manifestini(İdeolojusunu).
Dr. Çöhreqanlı bəyin bu aşağıdakı musahibəsini dinləyib və yuxarıdakı yazımla əlaqədə dəyərləndirin.

Çöhrəqanlı hər gün bir hava çalır
Gah ayrılır, gah da İranda qalır
İrançıların ... qadasını alır
Çöhrəqanlı xalqı oyuncaq sanır
Dün verdiyi sözləri bugün danır

Diktatorların İmumi karakterləri:
1 - Özlərini müqəddəs və əvəzedilməz sanırlar.
2 - Çox aşırı yalan söylərlər.
3 - Cahillikdən bəslənirlər.
4 - Ələştirməyə (Tənqidə) təhəmmülləri olmaz.
5 - Son dərəcə egoist və təkəbbürlü olurlar.
6 - Təcəmmülatı çox sevərlər.
7 – Cahtələb və Şöhrətpərəst olarlar...

və ....