25 - Kim olduğumu mən tanıtım sizə
Kim olduğumu mən tanıtım sizə
Deyillər danışım deyim siz elə
Kiməm, halalıyam tanıtım belə?
Yumuru təpə*[1]ni gətirim dilə
Hümmətli baba*[2]nın adını sizə
Kəndimiz adlanır yuxarı "Dizə"
Eyvansara*[3] Mişov* dağlar döşündə
İstikeş,* Qəleysax*[4] axır çölündə
Suyunu içmişəm mən bəy-gözü* ndə
"Dizə"[5] kəndi Azərbaycan bölgəsi
Mərəndə Mişovdan düşən kölgəsi
Mişova gedərdik uşqun dərməyə
Dərib gətirərdik evdə yeməyə
Həmdə gözəl göyçək dağı gəzməyə
Mişovda içəsən, sərin buzlu su
Dad verər pendiri, uşqun soğzusu
Mərənd bölgəsində var çoxlu təpə
Mişovdan aşağı yumuru təpə
Eyvansara birdə hümmətli təpə
Mərənd yerləşir dörd dağ dərəsində
Meyvə-ət yeyesən bağ zəmisində
Gedirdim gəzməyə türk ölkəsində
Danışırdım iran fars ləhcəsində!
Özümü tanıtdım türkəm əslində!
Sordular harda doğdun bu dildə?
Türkcəmiz yoxdur sən deyən ləhcədə?
Olmaya farscada sən dil açmısan?
Eyitimin fars dilində almısan?
Bəlkədə türkcəyə farsca qatmısan?
Deyillər yaranıb, bir farsca ləhcə!
Fzəri* adlanıb, uydurma türkcə!
*(Aazəri)
Çalışdım dilimi təmiz öyrənəm
Qatil yad dilindən mən təmizlənəm
Farscadan əl çəkip bəlkə silkənəm
Xalqımı türkcəyə meyilləndirəm
Yazımı türkcədə genişlləndirəm
Bir neçə il bundan önce qələmi
Ələ aldım yazam kədər- qussəmi
Ürünü oldubdur yurdumun qəmi
Xalqıma tanıdam milli hqların
Tuxumu əkilsin özgür bağların
Orta gənc[7] yaşımda qürbətə[8] qaçdım
Vətəni görməyə özləmdə qaldım
Qürbətdə Vətənin qəminə yandım
Qurtuluş yolunun sazını çaldım
"Eldar"am düşüncə payımı yazdım
30.09.2015
[1] Dizə kəndinin yuxarısında yerləşən mişov dağına sarı bir böyük təpədir.
[2] Dizə kəndinin yuxarısında Təbriz yolu üstündə yerləşən bir təpədir ki indi onun üstündə böyük bir Hotel düzətilmişdir.
[3] Mişov* dağı, Hümmətlu baba*, Yumurutəpə* və Eyvansara* Dizə kəndinin və Mərənd bölgəsinin yuxarısında yerləşən dağ və böyük təpələrdirlər.
[4] Qəliesax*, İstikeş* və Bəygözü* hümmətlu baba təpəsinin sağında və solunda Dizə kəndinə axan çeşmə sularıdırlar.
[5] Mərənd bölgəsinin yuxarı tərəfində, təbriz yolu üstə yerləşən „Dizəc olya“ adlanan Dizə kəndi, ki bugün Mərənd bölgəsinin Azad Üniversitəsi bu kənddə yerləşir.
[6] Danışıq şivəmiz farslaşıb, türk sözlərin yerinə fars sözləri qullanılır və ……
[7] İyirmi yetdi yaşda.
[8]1959 -cu il Iyul ayının dördün-də Güney Azərbaycanın Mərənd bölgəsində yerləşən "Dizəc ülya" adlanan yuxarı Dizə kəndində dünyaya gəlmim. 1986 -cı ildə siyasi təzyiqlərə məruz qaldığıma görə vətəni tərk etmək məcburiyyətində qaldım , və Almaniyada mühacir həyatı yaşadım. Almaniyada "İT- Networking" üzərində eyitim almışam.