18 - Ayrılıq
Ayrılıq
Hər ayrılıq ürəkdə bir vüsalına dağıdır
Bacı qardaş ayrılığı göz yaşın yağıdır
Bölünmüş bir xalqın birləşməli çağıdır
Sömürgəlik güneydə[1] hələdə davam edir
Quzeydə soydaşım hər gün inkişaf edir
Bir ulusu ayırmaq istəyirsənsə dilindən
Yetər o ulus dilini[2] kəsəsən məktəbindən
Bu düşüncə yürüdülür «iran fars dövlətindən»[3]
Dilini alsan əlindən, yadırğar mənliyindən
Ümmətçilik[4]əyitimi ayırar kimliyindən
Xalq hörmətin qoruyub, hörmətə layiq bəslənir
Suç vardırsa özlərində araması səslənir
Suçu başqa insınlarda görmək yersiz əkslənir
Hörmətini saxlamayan insanları minərlər
Türk “xər”[5] deyib tarixini həyatınıdan silərlər
Hər millət oyanıb özünə gəlməlidir
Doğal haqlqın taniyib, keçmişin bilməlidir
Haqqın pozanların gözünə girməlidir
Ana dilin öyrənməsi zərəridir kimlərin?
Başqa soylu etniklərlə fərqi nədir bizlərin?
Millətimiz kimliyini qoruması lazimdır
Başı uca olduğuna düşenməsi lazimdır
Kölə kimi varlığına son qoyması lazimdır
Şərafətlə bir yaşamda dizə çökməz hər insan
Dağlar dələr igid təkin buzlar qırar ər insan.
10.01.2015
[1]Güney Azaərbaycanda
[2]Bir xalqın dilini əlindən aldıqda o xalqın bütün Ayətollah Xaməneyi dediyi varlıqlar əlindən alınar.
[3]Ayətollah Əli Xaməneyi(kişi tüpürdüyünü yalamaz.( bu atalar sözüdür) 35 ildir ölkənin rəhbəriyyətində olaraq icazə verməyir hətta öz yazdıqları anayasa icra olunsun. Ayətollah Xaməneyinin danışdığı və nitqi ilə əməlini özünüz oxucu olaraq dəyər veriniz.
[4]Müqəlled[iradəsiz, özünə güvəni(etimadı) olmayan, təslim olan insan].
[5]Eşşək