Çap

16 - Azərbaycan nələr geçir başından?

Azərbaycan nələr geçir başından?


Azərbaycan nələr geçir başından?
Borçalıya ad verirlər Gürcüstan
Qürvə, bicar adlanırlar kürdüstan
     Arşınla bölünür torpağın oban
     Astara, Ənzəli[1]adlanır Gilan[2]


Qarabağ çıxmayıb bugün işğaldan
Minlərlə insanın qalıb sərgərdan
Ağdamla Füzuli olub biyaban
     İşğalçılar deyir ora Ermənistan
     Kürdlərin röyası böyük Kürdüstan


Ərdəbil, Həmədan qalıb ayrıca
Kərəc, Savə olub sanki bir baxca
Torpağın doğranır paramla-parça
     Qəzvini, zənganı qurublar ustan
     Axərbaycan adın pozublar ordan


Yabancı bir dili rəsmi sayıblar
Qeyri farsın vəhşiliyin yayıblar
Ölkənin adını "iran" qoyublar
     “İran” adı ilə farslaşdırırlar
     Öz varlığından uzaqlaşdırırlar


Milli mənliyimi farslar danırlar
Biz Türkləri "alçaq" bir xalq sanırlar
Bu günki yüz ildə geri qalıblar
     Bu səbəb dən haqlarımı pozurlar!
     Özlərinə "çağdaş" adı qoyurlar!!!

     Azərbaycan nələr geçir başından?

        24.10.2014 
 

[1] Güney Azərbaycan şəhərləri, bugün Gilan rayonuna verilmişdir
[2] Gilək və Talış bölgəsi