5 - İstiqlalçı şair Araz, girsə xalqın rəfinə
Istiqlalçi şair Araz, girsə xalqın rəfinə
Xəyalçılıq düşüncəsi, girməz elmin səfinə.
Kimiləri[1] mənəviyyat, həm əxlaqdan yapışır
İnsanlarla xəyalçılıq,[2] düşüncəsin yazışır
Yaman gündə dərd işində öfkələnib çalışır
Səbəb nədir, niyə bunlar, nədənlərdən dərs almır?
İncələyib, sonucların kütləni başa salmır?
1400 il mənəviyyat, əxlaqdan danışıblar!
İnsan adı gələn çağd, “Allahdan” danışırlar!
Ulusumun aydınları haqlardan danışırlar
Görəsən nədən özgürlüklə , düşüncəsin yayılmır?
Öz çağında ziyalının yazıları[3] tanınmır!
Deyir: geçmiş tarix xalqa, amalımız varmaqdır
Bu yalana inanmaq düzgün yoldan azmaqdır
Xəyalçını ələşdirmək, topluma toxanmaqdır
1400 il gəlişmədik çağdan geri saldılar
Xəyalçını tanıdanlar “kafir" adı aldılar
1400 il yetmədi, yenəde biz sınayırıq
Dərdlərimiz üstünə yenədə dərd qalayırıq
Özümüzü şah-şeyxlərin əlilə talayırıq
Görəsən hara gedir, yeni gələn sabahımız?
Kravatlı “sözdə-aydın” gəlişən baxışımız?
Çağımın aydın kəsimi heç nədən anıdılmır!
İstiqlalçı milli yazar, qoşarı tanıdılmır?
Adı sanı, düşüncəsi, yazısı tanıdılmır?
Deyirəm ki: şair Araz,[4] girsə xalqın rəfinə
Xəyalçılıq düşüncəsi, girməz elmin səfinə
Deyir bu gün dinə inam, mənəvi düşüncədir
Belə fikrin ziyanları dinə qarşı mincədir
1400 illik duyğunun qaytarması incədir
Bu baxışların etgisiylə toplum ilgiləşir
Çağ sürəci topluluqda aydınım geriləşir
Araz xalqa ışıq-saçan, düşüncəli ocağıdır
Sanma bulut arxasında gümülüb qalacaqdır
Öz yerini xalqımızın içində alacaqdır
Yazıları, düşüncəsi, çatacaqdır yurduna
Boykotçular üzü qara, olacaqdır buduna
14.07.2013
[1] Cavad İsmayılbəyli (10.07.2013 GünAzTV-də)
[2] “İç dünya” xəyaldı, dış dünya gərçək
Gərçəklərə düşün, xəyaldan əl çək!”
Baltacı Araz
(43-cü bənd şeir Uyqarlaş kitabı səhifə 17)
[3] Cavad İsmayılbəyli (08.07.2013 GünAz TV)
Bugünkü kravatlı şeyxlər də:
Onları tanıyıb, tanıdanları əxlaqsız və bilinçsis adlandırırlar,
[4] Söz düşüncədən(Baltacı Arazın yazılmış əsərlərindən gedir) nə şəxsdən.