Çap

3 - Ayağa dur nə yatıbsan Azərbaycan igidi

Ayağa dur nə yatıbsan Azərbaycan igidi

Rasisti dövlət susdurur iranda türk hayını
Urmu gölün qurudur bağlayır axar çayını
Vətənimi duzladır beləcə verir payını
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Yer-yurdumun adlarını pozur yad adı yazır
Ev-eşiyin satdırır bizə dərin quyu qazır
Yurdundan köçüb gedənlər düzgün yolunu azır
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Dilimizi yuasaqlıb əridir yad[1] dilində
Xalqı asimiləşdirib əriyir fars elində
Kültürünü unutdurur əzir öz mənliyində
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Türk dilini inkar edir qoyur adın azəri
Oxulda əyitimlədir yetişdirir fazəri
Onu caydırır deyir budur "gəlişmə” çarəsi
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Novruzda Türk böcək olur təbrik edir farsları[2]
Türkləri inkar edir[3] geri qalmış alçaqları
Fars xalqına quyruq görür bu ali cənabları
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Türk dilini yasaqlayır öyrədilsin "pars" dili[4]
Vergilərlə çalışırlar çox yayılsın "yas" dili
Ölkəmizdə, oxullarda rəsmiləşsin "fars" dili
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Hər olanaq yaradır Fars dilini yaymasına
Sosyal-media[5] açır vergilərlə başqasına
İnsan haqın pozdurur çıxır xalqın qarşısına
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Yurdum yuvam param-parça verirlər özgələrə
Xalqımz işsizlikdən həsrət qalıbdır Vətənə
Sürgün düşən manqurtlaşır deyir əşə mənə nə?
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

İş yerimi bağladır göndərilir Farsistana
Yer alt-üst sərvətlərimiz pay verilir Kirmana
Ələ baxım edibdir asılıyıq biz Tehrana
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Aydın yüksək savadləm sürətlə manqutlaşır
Uşağila fars dilində danışıb həm yazışır
Yazıqlar olsun xalqa öz özündən uzaqlaşır
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Baba kərəm burcudur şadlanır toy-şənliyində!
Muğamatı unudub hallanır özgə dilində!
Zaman sürəci əriyir kökündən son yüz ildə
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Rasisti[6] hakim fars diyə, qeyri farsa xor baxır!
Ulusalcı fikir yayır dövran tərsinə axır![7]
İnsan haqqından deyənlər haqqı yandırıb yaxır!
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Tarixiximi[8]  təhrif edir çaşdırır xalqı inan
Geri qalmış kuruşların düşüncə fikrin yayan
Utanmayıb özlərini göstərir “çağdaş” insan
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Firdovsi sevər farslar gərçəkləri bilməlidir
Fikirdən çağdaş olub iləriyə gəlməlidir
Çağın insan haqlarını bəyənib sevməlidir
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Dövlət qurub Xaxamlar gör necə tarix basdirdı?
Firuteşin burnun kəsib qulağından asdırdı
Üstəliklə utanmayıb daş üstündə yazdırdı
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Irqıçılar cinayətə çoxlu qurur duyurlar!
Ənuşirvan, Kuruşların nağılına oyurlar!
Farslar həm adil həmdə kəbir[9] olurlar!
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Qondarma tarix yazdırıb təhrif edir öyünür
Farsa tarix yaradılsın candan başdan söyünür
İngilis damadının ürəyi yaman döyünür
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Tarixində var Tomris tək döyüşçü qadınların
Qan içdirən kuruşlara yurdunda madlıların
İstiqlalın[10]almağına sarsılmax övladların
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Tarixində var tükənməz ziyalı aydınların
Baltacı Arazlar kimin istiqlalçılar varın
Qurtuluşa can atanlar igid nər- qoçaqların
Ayağa dur nə yatıbsan Azərbaycan igidi

Yazılmış "Azərbaycan boyludur istiqlala"
"Otay butay vətindir", "Uyqarlaş" yadda qala
Üç “əsərdir” miras qalıb “Araz”dan istiqlala
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Xalqımın milli bilincin yüksəlişə dalmalıyıq
Əzilmiş milli haqların bütünün almalıyıq
Vətəni qurtarmağa bir qalxan tək olmalıyıq
Ayağa dur nə yatıbsan Azərbaycan igidi

Güneyimdə "Azərbaycan boyludur istiqlala"
Nə rəva sömürgədə xalqımız yenədə qala
Tutsaqlıqdan çıxış yolu iz salıbdır mahala
Ayağa dur nə yatıbsan Azərbaycan igidi

Uyqarlaşı oxuyanlar yetişər bugün çağa
Haqlarına tanış olub yad onu qoymaz lağa
Öz ayağı üstə durar qoymaz özgələr sağa
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Otay butay vətindir bitik adından bəllidir
Param-parça olmuş xalqın Vətənimin dərdidir
Yurdun özgür olmasına fikirsəl əsəridir
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi

Milli bilinc silahına xalq varması lazimdır
Özgürlüyün manifestin oxuması lazimdır
Baltacını tanıyıb həm tanıtması lazimdır
Ayağa dur nə yatıbsan, Azərbaycan igidi.

16.01.2014


[1] Fars dilində.
[2] Iran Prezidentlərindən sohbət gedir.
[3] Xəso xaşak (Prezidet Ehmedinajadın deyişi).
[4] 20 illik dövlət programı.
[5] Tacik, Əfğan xalqına.
[6] Irqıçı, antitürk fars şairi.
[7] Fars ırqıçı olduqlarını biz Türk xalqına yansıddırırlar.
[8] Pəhləvi sulaləsindən başlayaraq bu günü qədər davam edir.
[9] Qatil cəllad Hökümdar şahlara utanmayıb adil adıda verirlər.
[10] Güney Azərbaycandan Söhbət gedir.