Çap

İran da qeyri fars Adların dəyişilmə səbəbləsi!?

İran da qeyri fars Adların dəyişilmə səbəbləsi!?

Irqıçı fars hakimiyyətinin Azərbaycanda Türkcəsində olan sözcük, adların silib dəyişdirmə məqsəd və nitəlikləri?

Dünyada yaşayan bəzi çox millətli ölkələrdə hakim olan bir millət irqıçılığa dayanaraq, xüsusi olaraq mərkəziyyətçi hakimiyyət yaratmaqla, dil bir, yazı bir, geyim bir və özəlliklə məmləkət bir adı ilə, hakim millətin dilini ölkənin rəsmi dili olmaqla, başqa millətlərin dilini, hüveyyət və kimliyini yox etmək məqsəd ilə Məktəblər də və Bilimyurdlar da, habelə mediyalar və Radio Televiziya vasitələri ilə istismarçı hakim millət müstəmləkə etdiyi başqa ölkələrdə(o cümlədən bizim yaşadığımız Güney Azərbaycan da), ad dəyişmə siasəti kütləvi şəkildə birinci addımları olur. Əvvəlcə yer adlarından başlarkən, axar su çayları, dağ-təpə, geçmişdən qalan abidələrin adı, kən- şəhər, rayon adları və adalar adlarını dəyişməyə və ya yox etməyə başlarkən paralel insanların adlarını və habelə dilini dəyişdirməyə irqıçı siyasətin təməlini yaradmaqla o millətin geçmiş tarixini, mədəniyyət zehniyyətini bütün varlıq, hüveyyət və kimliyini əlindən alıb yox etməyə məruz qoyurlar.

Bu günki “İran” adlandığı çox millətli ölkədə ad dəyişmə prosesi geçmiş doxsan neçə il ərəfəsində üç formada gəlişdirmək üzərindədir, o cümlədən:

1 – Bütövlükdə Türkcə adlar silinip fars adları qoyulması:

Tatao>Simini rud, Xiyav>Meşginşəhr, Soyuq bulaq>Mahabad, Cığatı>Zərrine rud, Qızıl uzun>Sefid rud, Qarağaç>Əli abad, Dələmə>İslam abad, Urmu>rezaiye(Şah zamanı) və Urumiyye(şeyx zamanı), Bicar>Gros, Hulaku>Herzənd, Xana>Piranşəhr, Qoyun dağı>Kəbudan, Tufarqan>Azərşəhr, Qalacik>Əziz abad, Turkan ova>Fərzane abad, Şeytan ova>Taleqan, Ərəblər>Poldəşt, Salmas>Şapur(şah zamanı, şahın qardaşı adı), Səlmas>Şeyx zamanı, Ocan>Bostan abad, Qaradağ>Ərəsbaran, Su batan>Tazə deh, Baxcacıq>Sərdar abad, Səriskənd>Həştrud, Sulduz>Nəqəde, Soyuq bulaq>Mahabad və ......

2 – Türk adlarını farscaya tərcümə edilmə forması:

Acı çay>Təlxe rud, Göy məçid>Məscede kəbud, Qonax qıran>Mehmandust, Xəzər denizi>Dəryaye mazəndəran, Yeddi öz>Həft çeşme, Qoşa çay>Miyandoab, Qara çay>Siyah rud, Qara çimən>Siyah çəmən, Sayın qala>Şahin dej, Qərə su>sihəh çeşme, Meydan çay>Mehran rud, Qara göl>Siyah estəxr, Baş bulaq>Sərçeşme, Qaravul dağı>Şirkuh, Qərə təpə>Siyah kuh, Qaraeyni>Siyəh çeşme və .....

3 – Oxşadmaq və saxtalaşdırma forması:

Tula təpə>Təlxe rud, Aviş əhmə>Abeş əhməd, Dədiva>Dideban, İşıq anbar>Məşk ənbər, Gün doğan>Kədovan, Gövrənəq>Kəbutər ahəng, Espraxon>Sefide xan, Sarı qəyə>Sərein, Axma qaya>Əhməqiyye, Şamanı>Şam əsbi, Muğan>Pars abad, Qurd Qəyə>Serein, Axma qaya>Əhməqiyyə, Şamanı>Şam əsbi, Muğan>Pars abad, Qurd kəndi>Kurd kəndi, Gümüş təpə>Dəmeşqiyyə, Qurd meydanı>Meydane qotb, Fatava>Fəth abad, Məmmədova>Məhəmməd abad, Göy qan>Gavqan, Sumadil>Somee del, Tuxumdil>Toxme del, Sərdarlı>Sərd rud, kondurli>Kənd rud,
Dizə(Kənd adı)>Dizəc, Yuxarı dizə(kən adı)>Dizəce olya, Aşağı dizə(Kənd adı)>Dizəce sola, Yam(kənd adı)>Pryam, Ənəmə>Ənameq, Sinandaş>Sənəndəc, Mişov>Mişab, Tikan təpə>Tekab, Sarı daş>Sərdəşt, Savuc>Save, Araz>Ərəs, Eşək dağı>Cəzireye əşək, Qara ağac>Qods, Üçnova>Üşnoviye, Kivi>Kosər, Sarı qaya>Sariqiyye, Savalan>Səbəlan, Qazan xan>Ğaziyan, Daş atan>Daş abad, Məlik kəndi>Mələkan, Ciyranlı>Carihani, Eski şəhər>Esk şəhr, Güz ayran>Kuzegəran, Gələn bəy>Gol ənbər, Qaflanti>Qaflankuh, Kğşk saray> köşksəray, Gövüz kəndi>Gavxos, Gadar çay>Qader rud, Qalalar>Qəlat, Xılxana>Xəlxane, Daş dörgə>Dərəgə səng, Tarəm>Abe bər, İraq dəhənə>Rahdane, Qasımlı dərəsi>Drreye şohəda, və ...

Bu faşisti və ırqıçı siyasət “İran adlanan” ölkədə birinci Pəhləvi solaləsindən bəri framasoner Mahmud Əfşar Yəzdi-nin verdiyi nəzəriyəsi əsasında başlayaraq, adların dəyişilmə siyasətinin təməli qoyuldu, sonralar isə islam cumhurusu bu ırqıçı hərəkətin davamçısı olaraq bu çirkin Pəhləvi sulaləsindən apardığı irs, qeyri əxlaqı və insanı hərəkəti bu günə tək davam etdirib və etdirməkdədir. Ad dətişmə siyasətinin sonucu Güney Azərbaycanın adını və Azərbaycan Türk millətinin geçmişini, varlıq, hüveyyət və kimliyini yox etməyə məqsəd dir. Irqıçı fars hakimiyyəti bu çirkin siyasəti tədrici şəkildə, çeşidli formalarda və çeşidli hakimiyyət organları tərəfindən gündəm yürütməkdədirlər.

Geçmiş doxsan neçə il ərəfəsində yəni Pəhləvi sulaləsindən başlarkən paniranistlər çox çalışdılar İran adlanan ölkədə bizim Türk dilimizi zəni hüveyyəy və kimliyimizi ortadan qaldırıb və xalqımıza Ana dilini biganələşdirsinlər və bu yolda kimlər və nələr etmədilər? Hər bir Azərbaycanlıya açıqcasına aydındır. O millətin ki tarixini, dilini, əlifba və yazılmış kitabını, mədəniyyətini, yaza və şairlərini, mədəni və siyasi şəxsiyyət və ziyalılarını unutdurub və gündəmindən çıxarıb hakim millətin mədəniyyətində əridilirsə, o millət daha başına hər nə gələcəyini qəbul edib və özünə biganələşmiş, öz varlığını hüveyyət və kimliyini itirəcəkdir. Dilini, kimliyini itrən millət  yurdunu, Vətəninidə itirib öz geçmişindən və tarixindən heç bir iz və əsər daha qalmıyacaqdır.

Bu məsələ ilə əlaqədə paniranizm düşüncəsinin təməlini qoyan framasoner “Mahmud Əfşar”ın birinci Pəhləvi hakimiyyətinə verdiyi məsləhətində belə deyir:

... mən demirəm ki; Türk dilin istifadə edilməsi(Azərbaycan əhali arasınsda, danışıq səviyyəsində) qadağa edib, əhali üçün çətinlik yaradılsın. Lakin istəyirən ki: fars dilində eyitim yəni təhsil məcburi, pulsuz etməklə şərayit yaradın ki, əhali 3- il və ya daha tez istisnasız olaraq iki dili bilsin. Bundan sonra tədricən fars sözləri Türk dilinə daxil olacaq və dilin yüzdə altmış sözləri farsca olacaq. Bu nisbət gündən-günə dəyişəcək artıb yüzdə yetmişə çatacaq və iki dil bir dilə çevriləcək.

... mənim şübhəm zoxdur ki, bu mədəni siyasəti dövlət qəbul edib, xalqda(bu ünkü satılmış və manqurt olmuş (Seyed Cavad Təbatəbai lər) dəstək versə, istər Azərbaycanda, istərsə də başqa rayonlar da kimsəyə baş ağrısı olmadan, heç yerdən heç bir qarşı durma olmadan biz məqsədlərimizə çatacağıq. Azərbaycanlılar his etmədən 50- il sonra fars dilində, yəni yeni yaranacaq Azərə ləhcəsində danışacaqlar.

Mahmud Əfşar-ın düşüncəsinin gələcəyini, “Estefan Nemaniya” xalqına belə anladır:

- iki xalq biri-biri ilə muharibə edib və ya barışa bilər. Lakin iki dil heç bir zaman bit- biri ilə barışa bilməz. İki xalq sülh və harmoniyada(birlikdə) yaşaya bilər, lakin dilləri yalnız muharibə şərayitində olur. İki dil birlikdə təmas edib bir- birinə qarışdıqda sanki iki qoşun ölüm- dirim muharibəsə aparar. Hər iki dil qulağa dəyiesə deməliyiz heç bir muharibə qalib olmayıb. Lakin bir dil başqasından çox eşidilirsə( Məktəblərdə və Medyalarda yazılırsa və oxunursa, Eldar Güneyli) o dil qalib olmağa doğru gedər. Muharibə sona çatır və o birsi dil ortadan qalxır. Bir dilin itilməsə ilə bir millət də məhv olub toplumdan silinir.

- Dil üçün ölüm ondan ibarətdir ki, xalq öz dilinə arxa çevirsin. O zaman istər-istəməz biganə dili qbul edəcək. Deməli bütün muharibələrdə məölub olmaq, dil itirməkdən daha yaxşıdır. Çünki bir dil öldükdən sonra həmin dili danışan millət də olmayacaq. Çünki hər millət olduğu vaxta qədər diridir.

- Bunu bilin ki, ölkənin ayrılması və parçalanması(Azərbaycan torpaqlarını geçən 200- il ərəfəsində param-parça etdikləri) milli  kimliyə(Milli varlığa) o qədər də təhlükəli deyil, ola bilsin ki ancaq bir nəsil üçün təhlükəli olsun, bundan artıq yox. Kimlik nəsillərdən, ölkələrdən və şəhərlərdən daha uzun və davamlıdır. Başqa xalqın əsarətində olan millət, sədd arxasında olan suya bənzər, nəhayət bir ün sədd sınıb kiçik çaylar bir-birinə qovuşacaqdır. Dil həmin sudur( yuxarıda qeyd etdiyim varlıqdır- Eldar Güneyli) su səddin arxasına və ya o tərəfində olursa-olsun həmişə sudur. Dil hmin sakit və güclü su kimidir ki, yavaş-yavaş daşları yarıb, dağılmış milləti sərhədlərdən və daşların arxasından toplayıb bir-birinə qovuşduracaqdır.

-Heç bir yad sözü, dilinə gətirmə. Yad sözü dilinə gətirəndə bil ki, sən ona qalib gəlməmisən, bəlkə daxilində özünlə biganələşmisən. Dilinin ən kiçik və zəif sözlərini itirməkdənsə ölkənin ən böyük və möhkəm şəhərlərini itirmək yaxçıdır. Ərazilərə təkcə qılıncila yox, bəlkə dil ilə fəth etmək olar. Agah ol ki, dilinin əsarətə düşmüşü və unudulmuş sözləri, sənin biganəni əsarətinə düşməyinin meyarıdır. Dilini başqalarına uduzan millətlərin, həyatı da dayanır yəni məhv olur. Şahlar və hakimiyyətlər gəlib gedəndirlər. Ölkələr və hakimiyyətlər darmadağın olarlar, lakin təkcə dil və millət sabit qalır. Ölkəninayrılmış hissələri və qəsb olunmuş millət birgün öz əslinə qayıdacaqdır.

İndi isə millətimiz gözünü açıb bilməlidirlər ya bir millət olaraq ayağa durub adlarımıza, dilimizə yəni hüveyyət və kimliyimizə sahib çıxıb yaşamalıyoq və ya gözümüz baxa-baxa qerətimizi ayaq altına qoyub varlığımızı, hüveyyət və kimliyimizi sildirib itirməliyik.
 

Özünə dəyər ver yerində sayıl,
Farsa kölə olma gözün aç ayıl,

Uşaqan ver milli bilinç qal hayıl.
     Geçmişinə Türk soyuna düşünsün,
     Varlığına oz xalqına qovuşsun.

Çünkü insan:
✅Öz varlığını tanısa, özünə inansa, özünə dəyər versə,
✅başını uca tutar, alçaqların təhqirinə məruz qalmasan.

03.09.2020  Eldar Güneyli