35 - Mənə söylə Virus sən-sən yoxsa mən?
Mənə söylə Virus sən-sən yoxsa mən?
Krona budur mənim səndən istəyim
Birlikdə oturaq sənə deyim mən
Başladın yasamın nəzmin pozmağa
Mənə söylə Virus sən-sən yoxsa mən?
Mən baxmıram şiə ya ki sünniyə
Kafir olsun bəlkə müsəlman diyə
Qırx il insanlığı atdım çöplüyə
İndi söylə Virus sən-sən yoxsa mən?
Allah deyib olam insana hakim
Qırx ildir olmuşuq Irana hakim
Suriyyə, Iraqa, livana hakim
İndi söylə Virus sən-sən yoxsa mən?
Allah, məhəmmədi təmsil edənəm
Doğru düz müsəlman yolu gedənəm
Allah əmri ilə söz diyənəm
İndi söylə Virus sən-sən yoxsa mən?
Hər yerdə tikərəm bir imamzada
Nəzir-niyaz pulu versin bu ada
Məhəmmədin nəsli gəlsin imdada
İndi söylə Virus sən-sən yoxsa mən?
Din, məzhəblə pozdum insan ağlını
İmamzada tikdim qoyam adını
Şəfaxana olsun soyam cibini
İndi söylə Virus sən-sən yoxsa mən?
Gör neçə yüz mədah yaratmışam mən?
Cəhl ilə xorafat banısıyam mən
Ümətçi[1] yetirən başçısıyam mən
İndi söylə Virus sən-sən yoxsa mən?
Xums-fitrə nəzr-zəkat yığıram malı
Altıma salıram bahalı xalı
Allahıma şükür olmuşuq varlı
İndi söylə Virus sən-sən yoxsa mən?
Olmaz bağlıyasan imamzadamı
Od vurub alasan hər bir zadımı
Allah verib mənə əba tacımı
İndi söylə Virus sən-sən yoxsa mən?
İnsan nədir dəyər verə bilmirəm
İnsanlıq gözündə görə bilmirəm
İnsan məktəbilə deyə bilmirəm
İndi söylə Virus sən-sən yoxsa mən?
Hardan gəldin günüm dönübdür yasa
Nəzir-niyaz gəlmir boşalıb kasa
Neftdə satılmayır dola tasa
İndi söylə Virus sən-sən yoxsa mən?
Dünyaya səpilip mən-mən deyirsən
Demokrat Virus adı seçibsən
İşimiz eynidir böyük deyilsən
İndi söylə Virus sən-sən yoxsa mən?
Qırx il boyu kəsdik insan haqqını
Bizə qarşı insan qoyan adını
Qoymadıq ala o insan dadını
İndi söylə Virus sən-sən yoxsa mən?
Nefti satıb cibə doldurmuşam mən
Suriyyə, İraqda xərcləmişəm mən,
"Həşəd-əlşəəbi"[2] lər yaradmışam mən
İndi söylə Virus sən-sən yoxsa mən?
Bəşar əsədləri[3] saxlamışam mən
İnsanlar qırılsa utanmaram mən
Adam oldürmıkdə sonanmışam mən
İndi söylə Virus sən-sən yoxsa mən?
Millət yosuldursa düşünmərəm mən
Yetim ac olsədə xərcləmərəm mən
Atom fabrikası tikdirənəm mən
İndi söylə Virus sən-sən yoxsa mən?
Allah yaradıbdır səni vuhanda
Çinlə, iran yaydı səni cahanda
Utanmırsan xalqın canın alanda
İndi söylə Virus sən-sən yoxsa mən?
Mənə müzür olub çıxdın qarşıma
Bənövşə yağını çəkdim altıma
Düzəlməyə getdim yeşil villama
İndi söylə Virus sən-sən yoxsa mən?
Korona bu sözlərə dözməyib, belə cə yanıtladı:
İstixarə etdim silinəcəksən
Dava, dərma, sabın, alkolla vaksən
Yaşın bitib davam etmiyəcəksən
İndi söylə Virus sən-sən yoxsa mən?
Ağıllı insan duy, cronadan sən
Alkol azad olub səbəbkaram mən
Məscid, məmbərləri bağlamışam mən
Cəhlin təməl virus kökü sən-sən sən
Ömrünüzə qoydum son çökəcəksən
Fırıldaqçılığa daha son qoy sən
Ya ki ağlınızı dəyişəcəksən
Aydın olmayacaq, sənin kimi, sən.
13.03.2020