Çap

26 - Zəfər marşını tək Babəklər çalar

Zəfər marşını tək Babəklər çalar

Medyada şairlər hər gün yazışır
Biri -birləriylə gözəl yarışır[1]
O biri tar ilə sazla çalışır
     Vətənin durumu hər gün qarışır
     Bəziləri mutlu eşgdən danışır


Savədə, Salmasda farsca söyləşir
Batıda, Urmu, Xoy Makın kürdləşir
Xalqımız necə tez fazəriləşir!
     Şairlər medyada bax sərgilənir!
     Gənclərin farscanı ancaq öyrənir!


Farslar bizi asimilə ediblər
Türk xlqın iranda inkar edirlər
Ulusum yuxlayıb hüşdan gediblər
     Vətənə lazımdır milli şairlər
     Xalqına bilinclə bilgi versinlər


Doxsan ildidir geçmişimiz[2] silinir
Vətən ilə varlığımız itilir
Millətimiz fars içində kiçilir
     Aydın, yatmış xalqın gözünü açar
     Gözü açılan xalq yolunu tapar


Milləti yuxladan şair izlədir
Başın kəhlik təkin qarda gizlədir
İki-üç quşaq[3]da farsa bənzədir
     Türk xalqı yerində[4] azəriləşir
     Xalqımız məktəbdə fazəriləşir


Zəfərlər marşını Babəklər çalar
Xalqına Vətənə fikirlər qılar
Aydın olan xalqım haqqını alar
     Baltacı Araz[5] tək btikin[6] yazar
     Millətin paslanmış qafasın açar


Paslanılmış qafa açılsa qanar
Özgələr yazdıran tarixi danar
Vətənə xalqına ürəkdən yanar
    Ana yasasını, tarixin yazar
    Taplalanmış milli haqların yazar.

13.10.2015
 


[1] Mediyalarda(Telegram qruplarında)
[2] M. Montecuccoli austeryanin jenarali deyir: Türklər şucaətlə ölümü öyrənib, bacarıbdırlar və mənimdə o qədər təcrübəm vardır diyəmki bu millət heç bir zaman təslim olmağa qərar verməz. Mən çoxlu ordu təşkil edib cəbhələrə göndərmək imkanımda var, amma türklərin qaşısında acizəm. Türklər geçmiş fəxrlərinə görə heç bir zaman məğlub olmazlar. Türkləri məğlubiyyətə sürükləmək üçün  yalnız və yalnız geçmişlərini(tirixlərini) itirməmiz lazımdir
[3] Nəsil, ərəb sözüdür
[4] Öz vətənində Azərbaycan torpaqlarında
[5] Günüzy Azərbaycanın milli və istiqlalçı şairi
[6] Yapıt(əsər, ərəb sözü): Otay-Bu tay-Vətəndir, UyqarlaşTəbriz ilə qarabağımızı kim qurtaracaq.