Çap

24 - Vətənim özgür olsa!

Vətənim özgür olsa!


Xalqımız oyanmasa
Haqların alanmasa
Dövlətin quranmasa
Vətənimiz [1]yox olar


Kültürün qorumasa
Dilini danışmasa
Oxulda yazılmasa
Vətənimiz yox olar


Varlığına Varmasa
Köləlikdən çıxmasa
Müstəqil yaşamasa
Vətənimiz yox olar


Vətənin tanıtmasa
Özünü savınmasa
Yurdunda qalanmasa[2]
Vətənimiz yox olar


Kökünü[3]tanımasa
Tarixin oxumasa
Yurdunu qorumasa
Azərbaycan[4]yox olar


Xalqımız ayağa dursa
Faşizmi[5]yurddan qovsa
Müstəqil ölkə olsa
Xalqımız azad olar


Vətənim özgür olsa
Sərvəti yurdda qalsa
İş yeri yurdda qursa
Vətənim abad olar


Türk dili azad olsa
Özünə oxul açsa
Bağımsız dövlət qursa
Özünə bir ölkə olar


Dövlətimiz qurulsa
Otay bu tay bir olsa
Xalqım bilikdə qalsa
Vətənimiz[6]güclü olar.

       05.08.2015


[1] Güney Azərbaycandan söhbət gedir
[2] Işsizlikdən xalqımız farsistana çökür
[3] Tarixini, (tarix ərəb sözüdür), soyunu
[4] Güney Azərbaycandan söhbət gedir
[5] Fars faşizmini
[6] Bütöv Azərbaycan