23 - Vətənim Azərbaycan
Vətənim Azərbaycan.
Vətənim qeyrətimdir
Varlığı izzətimdir
Qoruyub tanıtması
Qururla şövkətimdir
Vetenim kimliyimdir
Kimliyim bayrağımdır
Bayrağı ilə yurdumuz
Varlığım yaşamımdır
Vətənim varlığımdır
Varlığı həyatımdır
Məskən ilə baş tacım
Xalqı qardaş, bacımdır
Vətən xalqa namusdur
Varlığı qururumdur
Doğduğu ana yurdum
Qoruması borcumdur
Vətənim[1] duzla yanır
Yağı suyun bağlayır[2]
Urmu gölün ağrısı
Ürəkləri dağlayır
Daşnaklar[3] yurdu alır
Xocalı odda yanır
İnsan soyqırımına
Dövlətlər yandan baxır
Vətətim[4] işğaldadır
Vətəndaşım qaçqındır
İşğalçı erməninin
Fars, Rus arxasındadır
Vətən[5] işğaldadır
Dili yasaqlanıbdır
Xalqın uymasına!
Ürəyim yanmaqdadır
Vətənim Mərənd[6]imdir
Bakı, Xoy Təbrizimdir
ayrı salmış arazım
Şuşada əzizimdır
Vətənim Həmədandır
Ona canəm qurbandır
Arazın iki tayi
Adı Azərbaycandır.
30.07.2015
[1] Güney Azərbaycan(Urmu gölü)
[2] Rasisti Fars hakimiyyəti urmu gölünü qurtmaq məqsədilə gölüə axan çayların hamısını bağlayıb və bağlayırlar.
[3] Xocalı şəhəri(Rusların və Farsların himayəsi ilə daşnak ermənilər tərəfindən işğal olur və Xocalı şəhərində böylə bir soyqırım faciəsi üz verir.
[4] Qarabağımız
[5] Güney Azərbaycandan söhbət gedir
[6] Doğulduğu yurdumdur