Çap

6 - GünAz Tivi tanıdır xalqımıza ziyalını

GünAz Tivi tanıdır xalqımıza ziyalını


Popolisti diktatorlar, tənqidçini gömərlər
Bəzən yerə vurub sərər, gah həbs edib söylərlər
Biri[1]  “fitnə”, o, birləri,[2]“büzğalə” ad verələr
Biri [3] “xain[4]” bəziləri[5] “xəso xaşak” deyərlər
    Diktatorluq ürünü, xalqı geri saxlamaqdır
    İnkişafşı, azadlığı toplumdan almaqdır


Gün-Az Tivi diktatoru, tənqid edib səsləyir[6]
Diktatorun zalim-qatil, olduğunu söyləyir
Onların kirli sifətin, xalqa gərçək pisləyir
     Özümüzə gələn zaman, astarsız yumurtladır!
     Sevmədiyi tənqidçini, "əxlaqsız" adladır!


Diktatorlar ürünü, toplum geridə qalmaqdır
Azadlıq yox, ümməçini, dolayıb ovlamaqdır
Ovladıqğın peşində, bir daha tovlamaqdır
    Gəlin bizdə öyrənib, çağ toplumda çağlaşalım
    Tənqidçiyə xor baxıb “şüursyzda” sanmayalım.


Gün-Az Tivi[7] yayımında, söz tənqidə yetəndə
Dar görüşlü dinçi kəsim, danışığı bitəndə
Nala mıxa vururb deyir, təngidçinin peşində
    Sorumlu kəsim mediya da, oxuyub bilməlidir
    Çağın insan haqlarını, bəyənib sevməlidir


Aydınımda pisləyir, bu tənqidçi fikirləri
Öyrəndiyi feodali, sistimin bilimləri
Uluşdurub bu cürə, dargörüşlü beyinləri
    Deyirəm ki: 1400 -il, ovlandıq biz dinlədik
    Çağımızda geri qalıb, nəyi biz mənimsədik?


Gün-Azın aparıcısı deyirlər: çox danışır
Yayımların sonunda, müsəlmanla sağollaşır
Başqaların “zir- zibil,[8]” tənqidçiyə pis dolaşır
    Deyirəm: dargörüşlü, beyinli yolundan cayar
    Ziyalı bir tənqidçini[9] "yağıla düşmən" sayar


Gün-Az Tivi çalışır ziyalılardan danışa
Keçmişdəki yazardan, şairlərindən yapışa
Demokrası adından təkrarən hey dartışa
    Çağın milli yazarını,[10] xalqıma boykot edir
    Yayımlarda cin ilə bismillahdan söhbət gedir

 
Güneydə xalq hazırlanır düşmən ilə çatışa
Xalqın haqı var toplumda, fikirlərlə yarışa
Baltacı tanıtılmır, düşüncəsin xalq dartışa
    Geri qalmış, ziyalını tivi də "papaq" sayar
    Başqa düşünən yazarı, danlayıb "alçaq" sayar


Popolisti[11] düşünən, çıxışında xalqı tovlar
Düşündüyü ölçüdə, onu yanlış yola yollar
Kütlənin güvünini alıb haqqın çöpə tullar
    Adını düşüncəsin, tanıdırsa pisi çıxar
    Bəlkədə tanıtmaqda, yalnışların izi çıxar?

Hörmətli Gün-Az Tivi aparıcıları lütfən yayımlarda sorumluluq hissi daşiyıb, bir türkçü ziyalını tənqid etdiyi bir başqa şairi heç bir sənəd ortaya qoymadan, əxlaqsız-şürsuz adlandırmayın. Bu işlər prezident mahmud Əhmədinəjad lara yaraşsada, biz türklərə yaraşmaz.

09.07.2013

 

[1] Əli Xaməneyi
[2] Mulla Ehməd Xatəmi (Büzğalə = Geçı)
[3] Mahmud Əhmədinəjad iran prezidenti
[4] Zir-Zibil
[5] Hüsein Şəriyətmədari
[6] GünAzTVinin aparıcısı 08.07.2013 tirixində
[7] Zehindən geri galmış
[8] America, Avropada yaşayıb demokrasını öyrənmiyənlər
[9] GüneyAzərbaycanın tənqidçi şairi Baltaci Araz
[10] Arazın susmayan səsi....Bakı, 28 İyun 2013
[11] Əhmədinəjad(İran prezidenti) iran Tivisində danışanda(özünü popolist göstərmək üçün) hər zaman 300 kişinin ad olmasını söylərdi.

        Boykotçu Türk arazizmini yaymaz,
        Özünü saymayanı kimsə saymaz.
        (Boykotçuya güvənilməz.)“
                     Baltacı Araz