Çap

12 - Azərbaycan Vətənimdir, sahib çıxaq adına

Azərbaycan Vətənimdir, sahib çıxaq adına

Çox saylı xalq yaşıyır, bu gün iran ölkəsində,
Hər şəyə pars adı verir, adlanır fars adına,
Milli futbol takımı, olur "parslar şahzadəsi",[1]
Milli takımda farslaşır, tanıdır "fars" adına,


Qeyri farsla birləşib, qazanır fars, iran adın,
Uğurlarda farslaşır, yazdırırlar, farsın adın,
Fabrikalar, küçələr, alırlar, fars xalqın adın,
"İran" adlı ölkəsini, tanıdır "fars" adına.


İran, iraq cəbhəsində, türk yaradır zəfəri,
İranlını ğalib edir, deməyir bu sözləri,
Türkə deyir iranlısan, adın qoyur azəri,
Zəfərlərdə olur farsın, deyilsin "fars" adına.

Türk uğur qazananda, deyir türkün var qeyrəti,
Türklər haqqın istəyəndə, fars göstərir nifrəti,
Farsa xərcləyir büdcəni, türkə qalır zilləti,
İran bütün xalqlarını, tanıdır "fars" adına.


Qeyri farsa deyillər, alacağam qadasını,
Öyrənirsə dilini, ağladaram anasını,
Yaşadaram kölə tək, Türk, lor, ərəb hamısını,
Qeyri farslar farslaşsın, tanıtılsın "fars" adına.


Ərəbin neftin satır, qazanır pul şöhrətini,
Dilini yasaqlayıb, xalqı çəkir zillətini,
Beləcə vətəndaşa, çəkdirirlər nikbətini,
Ərəb olur iranlı, tanıtdırır "fars" adina.


Milli takım uluşmayır, fars kökənli xalqından,
Uğurlarda bitişməyir, iranda tək bir xalqdan,
İran diyə uluşubdur, Türk, ərəb, kürd bəluçdan,
Milli şərəf bu ölkədə, yazılır "fars" adına.


Qeyri farslar canla-malın, verəndə vətəninə,
Farslar deyir görəvindir, dodaq büzür elinə,
Milli haqqın istəyəndə, tüpürür sifətinə,
"İran" adlı ölkəsini, tanıdır "fars" adına.


Vətənimdə yetişibdir, depotatın satqını,
Təmsil edir fars xalqını, satır türkün haqqını,
Məclisdə də utanırlar, çəkələr Türk adını,
"İran" adlı ölkəsini, tanıdır "fars" adına.


Xalqımızda milli şüur, yaradması lazimdir,
Milli şüur manifestini tanıtması lazimdir,
Vətənimi tutsaqlıqdan, qurtarması lazimdir,
Azərbaycan Vətənimdir, sahib çıxaq adına.

   16.05.2014  Eldar Güneyli


[1] Milli futbol takımı, olur "farslar şahzadəsi",
   “İran“adlanan ölkədə fars ırqıçılığının rasisti mahiyyətini bu aşağıdakı Özbəkistan milli futbal takımının yazılarila muqaisədə açıq, aydın görmək olur.