Çap

13 - Utanmaq bizlərə çox yaxşı şeydir

Utanmaq bizlərə çox yaxşı şeydir

Birinci bölüm(1):

Prezident seçgidə ovun tutdu
Verdiyi qərarı Həsən[1] unutdu
Urmu gölün suyunuda qurutdu
    Haqqın istəyənə “haqdan” danışır
     Gecə-gündüz haq-nahaqdan danışır

   
"Haqqa" yetişməyə çəkirlər zülüm
Haqqın istəyənə deyirlər ölüm
Allah qanunilə verirlər höküm
     Təslim olmayanlar çəkilir bəndə
     Öldürüb meyidi[2] verməyir kəndə


Nədən qeyri farsa bəs zülm edirlər?
Ağzı dolu haqlarından deyirlər
Milli haqlarını tələb edənlər
     Kafır olub yad bir adı alırlar
     Kölə olsa vətəndaşı sayırlar


Vətənin uğrunda canın verəndə
Sənə "iran" vətəndaşı deyirlər
Türklər milli haqqın tələb edəndə
     Seperatist ilə yağı görürlər
     Üstəlik “Türk xər”[3]də adı verirlər


Özlərini daha üstün görürlər
Qeyri farsı asimilə edirlər
 Kimlizini silib "kölə" deyirlər
     Xalqım nədən "köləliyi" sevirlər?
     Fars rasizmin istədigilə gedirlər!

İkinci bölüm(2):

Xalqım, biliksizlikdən bugün əzilir
Yabanc kültürdə millət əriyir
Hüveyyəti itib başsız yeriyir
     Xalqa özümüzü papaq saymışıq
     Bilgiləndirməkdən, zuaq qalmışıq


Sosyal sanal dünyada çalışqanıq
İt-at, pişik şəkillərin yayanıq
Xalqıma tərs baxıb uzaq qalanıq
     Özümüzü vətən pərvər saymışıq
     Süydä dizä millət sevər olmuşuq


Bu gün türk xalqına yalan satanıq
Özünə millətçi adı qoyanıq
Millətçi adına şöhrət alanıq
     Xalqın cəbhəsində haray salırıq
     Gələcəyə Hamid Karzay yapırıq


Biz Azərbaycanlı aydın ağayıq
Xalqının dərdindən uzaq qağayıq
Boykotçu larla həm avaz olanıq
     Xalqını biliksiz qoyan dayağıq
     Ümmətçi[4] tərbiyə edən qoçağıq


Medya dolandıran, jurnal açanıq
Xalqın adına çox deyib az qaçanıq
Vətəndaşa yabancı tək baxanıq
     Berloskoni kimi yetən simvoluq
     Yazarları baykot edən qoçağıq.
 

05.06.2014


[1] Başbakan Həsən Ruhani Tanınmış yalançı Həsən Kilid
[2] Yüzlərcə insan dustaqlarda işkəncə altında öldürülür amma meyidləri ayilələrinə verməyirlər.
Örnək olaraq: Səttar Behişti kimilər, Kərəc bölgəsində hakimiyyətə qarşı gənc bir işçi,  bir yazıya görə polis tərəfindən tutuqlanıb, yeddi günün işində işkəncə altında öldürüldü və meyididə ayiləsinə verilmədi.
[3] Eşşək.
[4] Müqəlled[iradəsiz, özünə güvəni(etimadı) olmayan,  təslim olan insan].