Çap

14 - Türk xalqı nə zaman oyanacaqdır?

Türk xalqı nə zaman oyanacaqdır?

Nədən türkə başçısı üz çevirir?
Xalq onları zirvələrə yetirir
Yalan vədə bütün xalqa verilir?
Türk xalqını başqaları suçladır!
Xalqımızı öz vayına ağladır!


Nədən içimizdən satqınlıq çıxır?
Öz əlilə özün kökündən yıxır!
Xocalı qırğını ürəklər sıxır
     Erməni yalanı dürtülür gözə!
     Cilovluq[1]faciə çəkilmir üzə!?


Azərbaycan param-parça olubdur
Güneyinə farslar yiyə durubdur
Türk dünyası bu işə göz yumubdur
     Türklərin birliyi düşməni boğur
     Türkə yağıçılıq ətraflı doğur!


Iraqda, Türkmanlar nədən boğulur?
Vətəni kərkükdan govulur
Arxasında duran yoxdur ovulur
     Öz yurdundan niyə çölə atılıi!
     Türk biliyi qara pula satılır?


Türk xalqı nə zaman oyanacaqdır?
Varını yağıdan qoruyacaqdır?
Özlərini qoruyub savunacaqdır?
    Yurdum param-parça gözdən atılır!
     Türk düşməni farsa nədən satılır?

     Yetər Türk igidi ayıl yuxudan
     Yurdda satqın çıxar cahil insandan.
       

01.05.2014 


[1] Cilovluq faciəsi ,1918-ci ilin qanlı mart günlərində Urmu, Xoy və Salmasda minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib.