11 - Görəsən bu irançılar kimlərdir?
Görəsən bu irançılar kimlərdir?
Görəsən irançı bəs nə istəyir?
Milli fəalları niyə pisləyir?
Milli dirəniş öz yolun izləyir
Xalqımı öz varliğına yönəldir
İrançını batlağına göməldir
Xalqım varlığına yiyə durubdur
İrançının umudunu vurubdur
İranistan çiçəklıəri solubdur
İrançılar hirslənməsin neyləsin?
Soyculara qulluq etsin, etməsin?
Bu gün milli partiyalar birləşir
Haq yolunda sal qayalar birləşir
Ev qurmağa qapı divar birləşir
Xalqımın ulusal haqqı tanınır
İrançının məzarları salınır.
Deyirlər irançı bizim yanlıdır
Yaydığı düşüncə pan irançıdır
Təbrizli deyil o, bir yalançıdır
Görünür irqıçı farsın qoludur
Getdigi yol isə düşmən yoludur.
Yurduna yabancı tək baxışı var!
Xalqına irançı tək naxışı var!
Olmaya fikirdə fars axışı var?
Kölədir o, milli yolu getməyir?
Vətən üçün heçdə qulluq getməyir
Irqıçı fars öz içindən çürüyür
Manqurtları arxasınca sürüyür
Çamır atmaq fikirilə yürüyü.
Satqın Türk soylusu satır kimliyin
Manqurt olur, danır öz var mənliyin
Görəsən kimlərdir bu irançılar?
Nələr etməmişlər bu satqınçılar?
Faşizm minib bu atları qamçılar?
Quzu dərisində kirli qurdların
Çamır atmaq olub işi bunların
Kimlər addım atıb özgür olmağa?
Çalışmışlar milli haqqın almağa?
İrançı çalışır zırna çalmağa?
Ar olsun belə bir çamır atana!
Öz yurdun-yuvasın satır alana?
Satqınlar xalqına tanınmalıdır
Vətənin haqları alınmalıdır
Dirəniş güclənib barınmalıdır
Ulusal bilinçlə yüksələr millət
Bununla qurular milli bir dövlət.
23.04.2014
