Çap

Ana Yarpak

Mənim qəlmim özəgə dilində yox,

Ana dilimdə yazmaq istəyir ...
Çünkü qəlmim ana dilində, düşmana qarşı güclü silah dır.


Bir ulusu ayırmaq istəyirsənsə dilindən
Yetər o ulusun dilini[1]kəsəsən məktəbindən
Bu düşüncə yürüdülür "iran fars dövlətindən"[2]
    ِDilini alsan əlindən, yadıeğar mənliyindən
    Ümmətçilik[3]əyitimi ayırar kimliyindən

    Dilmizi qorumaq özümüzü, soyumuzu, vətənimizi, hoviyət lə kimliyimizi qorumaqdır. Bugün dilimizi, vətənimizi mənimsəməsək ayaq altında əzilib keçmişimiz (tariximiz, soyumuz) habelə gələcəyimiz yoxa çıxacaq. Öz uşaqlarıyla farsca danışıb, yazışırlar soylarına vətənlərinə, hoviyətlə kimliklərinə son qoyurlar. Onlar fars içində fars, öz xalqı içində türk sayılacaqlar. Onlar daha özgələşmiş eləcədə manqurt olmuşlar.

Özünə dəyər ver yerində sayıl
Farsa kölə olma gözün aç ayıl
Uşaqa ver milli bilinç[4]qal hayıl
     Geçmişinə öz soyuna yovuşsun
     Varlığına türk xalqına qovuşsun

Çünkü insan

✅Öz varlığını tanısa, özünə inansa, özünə dəyər versə,
✅başını uca tutar, , alçaqların aşağılamasila üzləşməz.

    Bu gün cox millətli iran adlanan ölkədə hakım olan fars faşızmı Azərbaycan türk xalqı başda olaraq üzərə ğeyri-fars xalqlara öz qatı ırqıçılıqla sömürgəçilik syasətinə dayanaraq, yuxara vurğuladığım kimi bu xalqları öz keçəmişindən, kiməliyindən habelə bütün milli varlığından uzaqlaşdırıb, var gücü ilə fars xalqı içındə ərıdıb yox etəməyə çalışır.

    Maraqlısı; iran islam rejiminin dini eləcədə siasi öndəri, Ayətollah Seyyid Əli Hüseyni Xaməneyi[5], bu danılmaz gerçəkləri dilə gətirərək fars xalqını çox ciddi şəkildə belə bir təhlükəli durumlara qarşı hazır olmaları üçün dönə-dönə oyarmasına baxmayaraq, sözdə islam rejiminin başında duran şəxs aydıncasına açıqladığı belə bir faciəni, fars xalqına rəva görmədiyi halda, bu faciəni Xaməneyilə farsların özləri bilərəkdən irandakı fars olmayan xalqlara uyqulamasıdır. Bildiyiniz kimi fars faşist egəmənliyi iranda, fars olmayan xalqların üzərində onların bütün milli-mədəni  habelə dil kimliklə varlıqlarını yox etmək siasətini yürütməkdədir.

    Ayətallah Əli Xaməneyinın yuxarıda vurğulanan siyasətləri habelə fərqli baxışı yəni iran egəmənliyinin farsları qorumaq ancaq bunun tərsinə olaraq fars olmayan xalqların üzərində yox etmək zülmilə asimilə edıcı kimi ırqıçı siyasətini yürütmək düşüncəsilə işləri, hər bir güney Azərbaycanlı türk insanında ürək ağrısı yaratması, ağır bir toplumsal xəstəliyi birdə mədəni dil yarasının uluşması ilə sonuclanmasına inanıra. Ona görə də düşünürəm Ayət Allah Əli Xaməneyinin bu düşüncəsi, eləcədə bütövlük də yeni ələ gəlmiş habelə qısa ömürlü, qondarma iran fars dövlətçilitinin keçmiş pəhləvilə indiki fars mulla rejimlərinin yürütdükləri bu kimi bir nəzəri -əməli siasətləri qarşısında, hər bir Azərbaycan türkünün milli vicdan habelə yurd sevərlik borcu olaraq, həmi güney Azərbaycan türk xalqlarının, ən təbii insanı, milli-mədəni haqlarını insanlarimızın tək- təkinə tanımalı həm də türklük- Azərbaycançılıq şüurunun dirçəlməsində qatqıda bulunub türklərə öz milli-insanı özgürlüklə bağımsızlıqlarını qazanmaları üçün qələmi əlinə alaraq öz beyin,  ürək düşüncə ilə duyqularından yararlanmaqla, iran dövlətinin bu çirkin farslaşdırmaq siasətini aydınlaşdırmalıdır. Üstəlik fars dövlətçiliyi ilə mullaların əl bir olub birgə yürütdükləri türklüklə Azərbaycançılığı aradan aparmaq kimi pis üzlü hədəflərinə çatmaq yolunda yürütdüyü düşüncəsəl habelə əməli işlərinin qarşısını almaqda tüm var gücü ilə çalışmaq zorundadır.

    Məndə bir güney Azərbaycan türkü olaraq qələmi əlimə alıb milli qonular haqında yazdığım “VƏTEN HAVASI” adlı kitabımı, öz gözəl Azərbaycan yurdula sayğı dəyər türk xalqına sunuram. Ancaq mənim bir rumantik şair - ədəbiyyatçı olmadığımı da burda qeyd vurğulamaq istəyirəm.

    Yurdumdan uzaqda eləcə də ğrib bir öılkədə sürgün durumda yaşadığım sürəcində; öz Vətən özləmimi, Vətənim Azərbaycanın ikiyə bölünməsi, özəlliklə də ana yurdum güney Azərbaycanda ana dilimiz türkcənin məktəblərdə eyitim eləcə də yazılıb oxumasına iran dövləti tərəfindən qadağa qoyulmasila başqa tərəfdən də keçən doxsan neçə il sürəcində güney Azərbaycan türk yurdunun fars faşist hakimiyyətinin yürütdüyü siasətlər sonucunda param-parça olunması məndə bir örək yarası olaraq, xalqla vətənimdə bu gerçək gedişatı, nəzm qalibində yazdığım kitab „rumantik ədəbiyyat baxımından uzaq görünsə də“  mən bu nəzm yazılarının hər bir misrə, beyt habelə bəndində; öz düşüncələrimi milli türklüklə Azərbaycançılıq ruhunu, vətən sevərlik düşüncəsini; fəlsəfi, siyasi, iqtisadə habelə hüquqi açılardan bu kitabda bu kitabda toplamağa çalışmışam.   
    Başqa hər bir yazılı əsərdə olduğu kimi, mənim yazdığım „Vətən Havası“ kitabında da, yalnış, yarımçılıq habelə çatışmamazlıqlarının olmasından arxayınam. Ona görə də bu kitabda ola biləcək hər türlü yanlışla, çatışmamazlıqları dəyərli oxucularla tənqidçilərin dartışmasına buraxıb, gülər üz, açıq beyinlə ola biləcək bütün qınaqları doğal (təbii) habelə gözəl bir qarşılama hesab edirəm. Bu kitabda yazdığım qonuların, İran fars dövləti tərəfindən bütün milli-mədəni haqlarından mǝhrum edilərək ağır basqila asimilə siyasətlrinə məruz qalan güney Azərbaycanlı türk suydaşlarıma yararlı olmasına, onların milli ruhlarının oyanıracağına inanıram.        

                                                        05.04.2016 


[1]  Bir xalqın dilini əlindən aldıqda o xalqın bütün varlıqlar əlindən alınar.
[2] Ayətollah Əli Xaməneyi (kişi tüpürdüyünü yalamaz.( bu atalar sözüdür) 28 ildir məmləkətin rəhbəriyyətində olaraq  icazə  verməyir hətta öz yazdıqları anayasa  icra olunsun. Ayətollah Xaməneyinin danışdığı və nitqi ilə əməlini özünüz oxucu olaraq  dəyər veriniz.
[3] Müqəlled[iradəsiz, özünə güvəni(etimadı) olmayan,  təslim olan insan].
[4] Şüur, ərəb sözüdür.

[5] "Əyər bir millətin öz tarixini, keçmişini, mədəniyyətini, kimliyini və öz görkəmli elmi, dini, siyasi və mədəni şəxsiyyətlərindən ayırıb və unutdursalar, eyni zamanda onun dilini, əlifbasını və kitabını ondan alıb və yaxud zamanla yaranmış kültürünü ondan aldıqda, bu millət başına gətiriləcək hər nəyə hazır olacaq. Bu millət daha canlanıb yaşaya bilməsi imkansızdır, yalnız öz içindən görkəmli şəxsiyyətlərin ortaya çıxması şərti ilə. Bu faciəni bir çox ölkələrin başına gətirmişlər."
Qaynaq:
Ayətollah Əli Xamneyinin 1379-cu ilin aban ayında İranın Mərkəzi əyalətindəki danışığından qısa bir parça olaraq 1391-ci ildə İranın "Həmşəhri" qəzetəsində yazılmışdır.