Çap

Fars dili Akademiyasının ana dilində tədrislə müxalifəti

Fars dili Akademiyasının ana dilində tədrislə müxalifəti

Birinci gün, 27yanvarın, 2014

Fars dili Akademiyasının əksər üzvləri, son zamanlar hökumət tərəfindən açıqlanmış olan əyalətlərdəki təlim tərbiyə idarəsi vasitəsilə ana dilində tədris mövzusuyla müxalifətlərini bildirərək, məsələni fars dilinə ciddi bir təhlükə və həmin dilin zəyifləməi üçün sui-qəsd kimi qeydə alıblar.

Mehr xəbər aqentinin məlumatına görə, Höccət əl-İslam Məhiəddin Bəhram Məhəmmədyan Ölkənin Tədqiqat və Planlaşdırma Təşkilatının rəyisi bu gün birinci gün, günorta vaxtı 2014-cü ilin yanvar ayının 27-si, Təhsil nazirinin Fars dil və ədəbiyyatı akademiyasının sədri və üzvləri ilə görüşündə məktəblərdə dərs proqramlarında rəsmi saatlarda danışıq, kitab oxuma və yazı mövzusunu vurğulamaqla deyib: əvvəllər məktəblərdə 4 saat olaraq fars dili və ədəbiyyatı adında bir dərs keçirmiş ki, yazı mövzusu da onların tərkibində tədris edilirmiş. Lakin Təhsil Ali Şurasının razılığını gözləyən yeni layihədə yazı və kitab oxuma mövzusu müstəqil şəkildə müşahidə olunur.

Yalnız ana dilimizdə tədqiq edirik

Höccət əl-İslam Məhəmmədian fars dilində orfoqrafiya məsələsinə də toxunaraq dedi: biz akademiyada orfoqrafiyasını riayət etməyə söz veririk və mən də bu mövzuya təəssüblə yanaşıram. Əlbəttə bəzi istisnalar da mövcuddur ki, bu zəmində əvvəllər akademiyadan lisenziyalar əldə etmişik. Bundan başqa fars dilinin yayılması üçün dərsliklərdə xüsusilə əsas elmlərə aid kitablardan 800 xarici termini toplayıb akademiyaya göndərmişik ki, bu tezlikdə həmin orqanın araşdırıb, fars variantını bizə göndərmələrinə ümid edirik. Baxmayaraq ki, bəzi yazıçılarımız ehtiyaclarına görə dərsliklərin yazılmasında bəzi seçimlərə məcbur qalmışlar.

O redaktə mövzusuna da toxunaraq qeyd etdi: bütün dərslik kitablarının öz redaktə forması vardır. Bəzən işin çoxluğu bizim bu mövzuya diqqətimizi azaldır. Bununla belə dərsliklərdə həqiqətin əksinə bir mövzu redaktə baxımından diqqətdən qaçarsa, redaktor cərimə edilir. Əlbəttə mənim fikrimcə bəzi redaktə mövzuları redaktorun zövqündən asılıdır.

Ölkənin Tədqiqat və Planlaşdırma Təşkilatının rəisi dedi: 1150 ünvanda dərslik kitabının tam problemsiz olduğunu da demirəm. Ama yeni kitabların düzəlişini ön planda qoymalıyıq ki bu sahədə sizin yardımınızı tələb edirik. O, söhbətinin davamında Fars dili və ədəbiyyatı Akademiyasından bəzi tələbləri barədə belə deyir: Biz istəyirik ki, akademiya fars dilinin elmi tədris metodları barədə etdiyi araşdırmalarını açıqlasın. Biz son illərdə Əfqanistan üçün dərslik kitablar yazmışıq. Bu mövzuda Əfqan dostlarımızla aramızda mübahisələrin olduğuna baxmayaraq, ümumiyyətdə bu nəticəyə gəlmişik ki, fars dilinin tədris mövzusu üçün etibarlı mətn yoxdur.

 Höccət əl-İslam Məhəmmədian eləcə də Tacikistanda əsas dərs kitablarının dərc edilməsi mövzusuna toxunaraq, dedi: Hal-hazırda Tacikistan ibtidai məktəb kiblarının yazılmasını bizdən xahiş etmişdir. Məndə belə bir sual yaranır ki, bu zəmində bizim hansı yardımımız olacaqdır? İslam Mədəniyyəti və Əlaqələr Təşkilatı ilə də müzakirə etmişik, lakin nəticəsiz qalıb. Akademiyanın bizə yardım edəcəyinə ümid edirik. Xüsusilə də təhsil nazirinin müxtəlif ölkələr və orqanlarla razılaşmalarının çoxunda fars dilinin təlimi mövzusu qoyulmuşdur. Lakin bunun üçün əlimizdə yazılı metod mövcud deyil.

O sözünün davamında dedi: İranda fars dilində tədrisin təkamül yolu mövzusu da diqqət mərkəzimizdədir və onun haqqında heç bir araşdırmanın olmamasının səbəbi bizə də aydın deyil.

Fars dilinin təlim meyarı; farsca meyar dildir. Bu iclasda  fars dili və ədəbiyyatı Akademiyasının rəisi Hədad Adil də Məhəmmədianın söhbətlərinin təsdiqində ölkədə elmlərin təlim mövzusuna ciddi yanaşılamsının olduğunu vurğulayaraq, dedi: Fars dilinin qeyri-fars dillilərə təlim mövzusu Sədi fondunun əsas proqramlarından sayılır. İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının bütün üzvləri keçmiş illərdə 11  nəfərdən ibarət olmuşdur ki, biz Sədi fondunda bu sahə üçün 200 nəfər, eləcə də Təhsil və Araşdırma üzrə bir müavin nəzərdə tutumuşduq. Ümid edirik bu sizin işinizə yararlı olacaqdır.

O qeyd etdi: Cənab Məhəmmədianın cavabında qeyd etməliyəm ki, fars dili hövzəsində təhsil meyarı, meyar dil farscadır. Əlbəttə başqa dillər də mövcuddur ki, onların öz yeri məlumdur. Lakin fars dili təlim edilməlidir.

Yerli dillərin təlim mövzusuna dil akademiyasının üzvlərinin reaksiyası mənfidir. İclasın davamında fars dil və ədəbiyyatı akademiyasının üzvü olan Məhəmməd Əli Movəhhid də iclasda qeyd edilən mövzulara dair qısaca danışıb, hökumət tərəfindən yerli dillərin təlimi mövzusuna toxunaraq, dedi: hökumət yerli dillərin tədrisində birbaşa müdaxilədən çəkinməlidir. Bizim meyar dilimiz vardır və rəsmi dilimiz sayılır. Hökumət bu dili unudub yerli dillərin məsələlərinə diqqət yetirərsə bizim işimiz çətin olacaqdır.

Moradi Kermaninin təhsil nazirliyi vasitəsilə önəmsiz kitabların alınması barədə nitqi

Fars dil və ədəbiyyatı akademiyasının digər üzvü Huşmənd Moradi Kermani də bu iclasda məktəblərdə mütaliə məsələsini vurğulayıb dedi: Mən çox az eşitdim ki, məktəblərimizdə şagirdlər kitab oxumağa meyilsiz olmasınlar. Səbəbi də kitabxanalarda təqdim olunan xidmətlər və kitabların cazibədar olmamasıdır və xüsusi zövqlər əsasında toplanıb oxuculara verilməsidir.

O dedi: yazıçıların çoxu bizə dəfələrlə deyiblər ki, təhsil şöbələri lazımsız və yazıçısı bəlli olmayan kitabları alır. Bu məsələ təəssüf doğurur.

 Universitetə giriş imtahanlarına tənqidi baxış:

Akademiyanın bir başqa üzvü Hüseyn Məsumi Həmədani isə belə danışır: İllərdir bizim təhsil sistemimizdə uğuru ancaq universitet sınaqlarını qazanmaqda göstəriblər. Bu gün məktəblilər kitab oxumaq üçün vaxt ayıra bilməyirlər və bütün günü sınaqlar üçün hazırlaşırlar. Belə vəziyyətdə yazıdan söhbət gedəndə tələbə soruşur: yazı sınaqlara hansı yardımı edə bilər? Və ətrafındakılardan belə cəvab alır: Heç bir

O söhbətlərinin davamında dedi: belə təhsil və təlim sistemi quvvədə olub, yaxşı yazıb yaxşı danışmağa mükafat verilmədiyi zamana qədər vəziyyət belə qalacaq. Bunu demək istəyirəm ki bütün ixtisaslarda tələbəni yazmağa məcbur etmək lazımdır.

Yalnız ana dilimizdə tədqiq edək

Fars dil və ədəbiyyatı akademiyasının üzvü Məhəmməd Dəbir Moqəddəm bu iclasda yerli dillərin təlim mövzusuna toxunub dedi: bu dillərin üzərində elmi tədqiq və araşdırmalar aparmaq böyük önəm daşıyır. Onların çoxu çeşidli deyimlər və dialektlərə malikdir və birini təhsil üçün nəzərdə aldığımızda şübhəsiz çoxlu problemlərlə üz- üzə gələcəyik.

Ana dilinin təhsil həddi təyin edilsin.

Akademiyanın bir başqa üzvü Bəhaeddin Xorrəmşahi də Dəbir Moqəddəmin söhbət etdiyi mövzuya toxunaraq dedi: hökumət ana dilinin həddini təsdiq etməlidir və bunun nə miqdarda və hansı şəkildə təlim edilməsini deməlidir.

O, dərsliklərin orfoqrafiyası barədə dedi: Təhsil şöbəsinin dərsliklərdə istifadə etdiyi orfoqrafik metod yaxşıdır, ancaq dasha artıq imkanlar vermək lazımdır.

Bəzilərinin fikrincə bir etnikə maraq göstərmək onun dilində təhsil almaq mənasınadır.

Fars dili və ədəbiyyatı akademiyasının digər üzvü Səlim Nisari iclasda dedi: Bəzilərinin fikrincə bir etniki bəyənib onunla maraqlanmaq onun dilində təhsil almaq mənasındadır. Halbuki, bu mövzu çox təhlükəlidir. Biz İranda çox şanslı olmuşuq ki, bir böyük Firdovsi fars dilinə möhkəm əsas yaradıb və bu gün islam dininin kənarında belə bir dilin varlığına qurur duyuruq.

Neysari vurğuladı: Ana dilinin tədrisi mövzusunda elə etməliyik ki, gələcəkdə çeşidli problemlərlə üzləşməyək.

Ana dilində təhsil məsələsindən düşmənçilik qoxusu gəlir

Həmin iclasda Fars dili və Ədəbiyyatı Akademiyasının bir başqa üzvü Fətullah Müctəbai, ölkədə ana dilinin təhsili mövzusunu, daxil olma bir məsələ adlandırıb dedi: şübhəsiz bu mövzu xaricdən İrana gəlibdir. Əvvəllər Hindistanda da bu məsələ İngiltərə vasitəsilə təcrübə olunmuşdur. Bu gün isə həmin məsələ İngiltərə və şimali ölkələr vasitəsilə İrana daxil olub.

O belə davam etdi: Hər hansı bir milləti geridə saxlamaq üçün onun dilinə diqqətsiz yanaşmaq lazımdır. Ana dillərini elmi və təlim dili olaraq istifadə etməklə mütləq keçmişə qayıtmalıyıq. Bu isə təhlükəlidir və ondan düşmənçilik qoxusu gəlir.

Bu iclasın sonunda Qulaməli Hədad Adil isə vurğuladı: Çox diqqətli olmalıyıq ki, Fars dili kimi milli varlıqlarımızın büdcəsindən ötəri və mənfəəti olmayan fraksiyaların uğur qazanması üçün istifadə edilməsin.

Qaynaq:
https://bit.ly/2HkDhxW
http://www.navidazerbaijan.ir/Fa/News1977.aspx
http://www.eldar-guneyli.com/ir/arxiv/478-105.html
http://www.peykeiran.com/Content.aspx?ID=72517  

  [کد مطلب: 72517] [تاريخ انتشار: هفتم بهمن ۱۳۹۲ برابر با بيست و هفتم ژانويه ۲۰۱۴]

******************************************
Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Maarif Nazirliyi

Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Maarif Nazirliyinin 1922-1924-cü illərə aid rəsmi sənədlərində İran dövləti rəsmi şəkildə elan edir:
Türk dili Azərbaycanda ortadan qaldırılmalıdır. Fars dili tədricən yayılıb bu ərazinin həqiqi dilinə çevrilməlidir.

Mənbə: Siyasi Araşdırmalar və Tədqiqatlar Müəssisəsi, s. 1302, s. 1160, 1303, p 2 s. 230, v.p. 121, s. 125-5
İran dövləti bu sənədlərdə türk dilini Azərbaycanda ortadan qaldırmaq üçün lazımi tədbirləri görüb, fars dilini bu ərazinin həqiqi dilinə çevirmək üçün lazımi tövsiyyələri edir:

1.     Azərbaycanın bütün yerlərində fars dilinin yayılması və inkişafı
2.     Azərbaycanda Fars Dili Dövlət Məktəblərinin genişləndirilməsi

3.     Bütün Azərbaycanda fars dilinin təlim-tərbiyəsinin diqqət mərkəzində saxlanılması
4.     Azərbaycanda bütün müəllimlər və təhsil işçiləri fars dilli olmalıdır və müəllimlərin fars dilini bilməsi kifayət deyil.
5.     Azərbaycanda tədris edən müəllimlər dəyişdirilməli və onların yerinə Tehrandan fars dilli müəllimlər Azərbaycanın bütün yerlərinə göndərilməlidir.
6.     Fars dilinin təlim-tərbiyəsi Azərbaycanda icbari olmalıdır.
7.     Müəllimlər dərsləri türk dilinə tərcümə edərək, təqdim etməməlidirlər.
8.     Uşaqlara fars dilinin yazıb, oxumasını öyrədən ibtidai məktəblərin təsis edilməsi. Bu vilayətdə orta məktəblərdən çox fars dili genişləndirən ibtidai məktəblərin olması əhəmiyyət kəsb edir.
9.     İlk vaxtarından fars dilini öyrənən uşaqlara qadın müəllimələrin təyin edilməsi.
10.   Azərbaycanda bütün işçi və məmurlar fars dilli və ya fars olmalıdır. Onların fars dilini bilməməsi qəbuledilməzdir.
11.   Türk dilində kitabların çap və yayılmasının qarşısı alınmalıdır. 
12.   Qeyri-fars ədəbiyyatın daxilnolmasına (Türkiyədən türkcə ədəbiyyat) mane olmaq
13.   Türk müəllim, məmur və təbliğatçıların (Türkiyədən) girişinə mane olmaq
14.   Azərbaycan şəhərlərində fəaliyyət göstərən hər hansı məktəbin və ya heyətin tədrisinə mane olmaq
15.   Azərbaycanda fars dilli məktəblərin təsis edilməsi və təkmilləşdirilməsin, eləcə də həmin vilayətdə müarif idarəsinin fəaliyyətini genişləndirmək və fars dilində məmur və müəllimlərin göndərimləsi üçün büdcənin ayrılması
16.   Azərbaycanda Türkiyə dövlətinin rəsmilərinin, mədəniyyət və təlim məmurlarının fəaliyyətinin qarşısı alınmalıdır. Çünki, əhali özünü onlarla dildaş, eyni mədəniyyətli və soydaş hesab edirlər.
17.   Azərbaycanın müxtəlif yerlərində fars dilli kitabxana və oxu zallarının təsis edilməsi.
 

Orginal sənədlər:

*******************************
İran İslam Respublikası

№ 570/14-7
Tarix ....
Əlavə: yoxdur
Sinifləşdirmə
Allahın adı ilə

Məxfi
Rəhbərlik fondunun beynəlxalq məsələlər üzrə nümayəndəliyinə- ş.s. et

Şərqi Azərbaycanın Müqavimət Mərkəzi Sepahının Bəsic Müqavimət Qüvvələrinə Salaməleykim
İran İslam Respublikasında, o cümlədən azərbaycanlılar yaşayan məntəqələrdə pantürkist separatçıların oyanış hərəkatı yüksəldiyi üçün ölkənin şimal-qərbində separatçı hərəkətlərin qarşısını almaq məqsədilə tədbir görülməsi zəruridir. Belə ki, din və məzhəbin hakim olması prinsipindən istifadə etməklə Azərbaycanın adi və inqilabçı əhalisinin onlara qoşulması və meyl etməsinə mane olmaq lazımdır. Əhali kütlələri arasında separatçılığı geniş miqyasda yayılmasının qarşısını almaq məqsədilə milli şəxsləri xaricilərə bağlı və dinsiz kimi təqdim edək ki, Məşrutə İnqilabı və İran İslam İnqilabında da gördüyümüz kimi çox sayda dini təəssübü olan əhali onların qarşısında dayansın. Bu işi Azərbayan Respublikasında və Naxçıvanda təşkil etmək lazımdır. Ən yaxşı taktika məsum imamlara, o cümlədən islam peyğəmbərinə (s) təhqirdir. Çalışın bu planın icrası üçün istifadə etdiyiniz şəxslərin həyatını mümkün olan hər vasitə ilə qoruyasınız. Adı bilinməyən sizin imam zaman və rəhbərin əsgərlərinin mükafatı Allah tərəfindən veriləcək.

Təcili icra edilsin
İslam İnqilabı Mühafizə Korpusunun armı

Şərqi Azərbaycan Bəsic Müqavimət Məntəqəsinin komandanı general Məhəmməd Yusif Şakiri
Surəti:

  • Ali dini liderin ofisi
  • Məlumat və xəbərdarlıq üçün Təhlükəsizlik nazirinə
  • Azərbaycan Respublikasında İran İslam Respublikasının səfirliyinə xəbərdarlıq
  • Şərqi Azərbaycan vilayətində dini lideri Ayətullah Müctehid Şəbüstəri.

Qaynaq:

*******************************************
Allahın adı ilə

Buşehr vilayətinin bütün sinfi vahidlərinin diqqətinə

Fars dili və ədəbiyyatını mühafizəsi, eləcə də mədəni hücumun qarşısının alınması məqsədilə xarici ad və terminlərin istifadəsinin qadağan olması qanununun icra qaydalarının birinci maddəsinə istinadən sinfi vahidləin tablolarında və ya qapılarında qeyri-iran, qeyri-fars və qeyri-yerli (lorca, kürdcə, türkcə və s.) dillərdən (Beynəlxalq şirkətlərin icazəli nümayəndəlikləri istisna olmaqla) adların verilməsində istifadə edildikdə, maksimum 1392 isfənd ayının sonunadək (20 mart 2014-cü il) həmin adlar ləğv edilməlidir. Buşehr vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsindən yeni adların seçilməsi və yeni adlar üçün icazənin alınmasına çalışılmalıdır.

Nəzərdə tutulan cəza əmtəə istehsalı və paylanılması və məşğulluq mərkəzlərinin sahiblərinə dair qanunun 12 və 14-cü maddəsinin 8-ci qeydinə əsasən aşağıdakılardan ibarətdir:

a)         Buşehr vilayəti Baş Mədəniyyət və İslami İrşad İdarəsi vasitəsilə yazılı xəbərdarlıq;
b)         Baş Mədəniyyət və İslami İrşad İdarəsinin bildirişindən sonra işarələrin, nişanları, adların müxtəlif xərclərlə dəyişdirilməsi.
c)         İş yerlərinin müvəqqəti tətil edilməsi
d)        İş lisenziyasının ləğvi.
Buşehr vilayəti Baş Mədəniyyət və İslami İrşad İdarəsi
Təbliğat və informasiya bölməsi
Qaynaq:

*******************************************************
 

Cavadtabatabi

@e30mir@alirza_samieinia  Düzdür dostlar. Lakin narahat olmayın. Mənim dostlarım və əməkdaşlarım  bu məsələni diqqətdə saxlayırlar. Əlbəttə Paniranist Partiyası da yaxşı idarə olunur. İcazə vermərik azərilər məktəbdə türk dilində təhsil alsınlar. Bu fars dilinin ölümü və türklərin təhlükəli olması deməkdir. Siz də gərək virtual aləmi ciddiyə alasınız. Çünki, türklər daha çox virtual aləmdə fəaldırlar və təxminən müvəffəqdirlər. Siz də gərək azəri layihəsini ciddiyə alıb və çalışasınız ki, türkləri vəhşi kimi təqdim etməklə İran əhalisi arasında bu sözə nifrət yaradasınız. Çalışmalısınız ki, türklər təhlükəli kimi görünsün və dövlət onlardan qorxaraq onların istəyini qəbul etməsin.

Antitürklərin dövləti əhali ilə qarşı-qarşıya qoymağa cəhdi

Cavadtabatabi

@ doustdar_mohammad_asan@arsam1991   Yox əzizlərim. Bu yol deyildir. Gərək daha ayıq olaq irəli gedək, təhqir və alçaltma daha effektiv deyildir. Dr. Ərsəncani dediyi kimi gərək onlara iş açmaq və ittiham verməklə mədəni fəaliyyəti və eləcə də dərgi və qəzet çıxarmalarının qarşısı alınsın. Ya da İrəc Əfşarın dediyi kimi türkləri, dərgi, qəzet və teleradioda təhqir etməklə türk dilini dəyərsiz göstərib, beləliklə bu dili məhv edək. Siz əzizlər gərək türk sülalələlərini xain, vəhşi və yad göstərəsiniz. Beləliklə, gərək oxucu və dinləyicilərin zehninə təsir göstərəsiniz. Türkləri tarixi barədə məqalə yazanları və ya Əhəmənilər yaxud da II Kir barədə məqalə yazıb onları tənqid edənləri savadsız göstərin.

Qaynaq: