Çap

30 - Araz, içim yanır bəsdir ağlatma

Araz, içim yanır bəsdir ağlatma

Araz, içim yanır bəsdir ağlatma
Xəzərə axırsan bir uzun yolda
Göz yaşı silinmir çıxır bağrıma
Vətənimi böldün qaldın ortada

El dərdini eşit bütöv budunda
Yurda çəkdin divar sən ortasında
Gerçəkləşdir onu bütöv yurdunda
Ağlatdın milləti sən arxasında

Yaşatdın elini sən ayrılıqda
Xalqım ayrı qalıb illər o tayda
Bacı qalıb qardaşından uzaqda!
Nisgilli qaladıq bizlər bu tayda

Bu tayda qalmışıq zülmün altında
Burda dilim yasaq olub xalqına
Kimliyim tanınır farsın adında
Irqçı fars, xalqın düşüb canına

Bağımsız o tayda yarandı gülün
Yaratmış ulumuz Məmmd Əminin
Üç rəngli ay-ulduz şanlı bayrağın
Tanınmış bayrağı öz vətənimin

"Millət deyir haray-haray mən Türkəm"[1] 
Hayqırırlar illər buyu yurdunda
Şuşa, gəncə, xuya vətən deyərəm
Azadlıq harayın çəkir "iranda"

"Xalqım deyir Azərbaycan bir olsun
Baş kəndi Bakı yaxud Təbriz olsun"
Parçalanmış yurdum həmən qovuşsun
İllər boyu ayrılığa son qoysun.

"Arazı ayırdılar
Lil ilə doyurdular
biz sizdən ayrılmazdıq
Zor ilə ayırdılar"

Çəkdilər bizə divar
Veribdir xalqım qərar
Millətim birləşəcək
Sökülüb köhnə divar

Verilib yeni qərar
Qalmasın köhnə divar
Millətim ayaqdadır
Ayrılıq izin poyar.

  06.03.2016 


[۱]  Millətimizin hayqırırları