Çap

21 - Bahar gəlir yeni iliz mubarək olsun sizin

Bahar gəlir yeni iliz mubarək olsun sizin


Boran şaxta gedir gəlir yazın güzəl günləri
Doğa fəsli dəyişilir açılsın dügülləri
Ağacların çiçəkləri ağ-apbağ sünbülləri
Novruz gəlir bayramınız mubarək olsun sizin


Evləriniz, bağ baxcanız güllənib çiçəklənsin
Xalqımızın zövq-muralı daha həvəslənsin
Mənimsəsin baxçasını həmdə ki bənövşəsin
Bahar gəlir bayramınız mubarək olsun sizin


Yeni ildə arzılaram düşmən fitnəsi solsun
Azərbaycan millətində mənlik qurur olsun
Özgürlüyə millətimiz milli bilincə dolsun
Bahar gəlir yeni iliz mubarək olsun sizin


Arzım budur Qarabağım tamamən azad olsun
Qaçqınlarız yenədə, həmən yurduna dönsün
Bayramın budan sonra yurdunda tutsun
Uğuz bayramınız hər il mubarək olsun sizin


Arzım budur bir daha Azərbaycan bir olsun
Fars rasizmi vətənimdən eə-obamdanə qovulsun
Güneyimdə yaz bayram[1] quzey ilə doğrultsun
Uğuz bayramınız hər gün mubarək olsun sizin


Ənənədir aşıq çalar toy busatda sazını
Şənlik edib bütün aləm çəkər onun nazını
Eşidərlər mahnısila həmdə şən avazını
Üzünüz yeni bayramda sevinc-şənliklə gülsün
Yeni ildə bayramınız mubarək olsun sizin.

              18.03.2015   


[1] Səksan ildir türk şənlikləri və ənənələri unudulur, yerinə fars şənlikləri ilə ənənələri yerləşdirilir