Çap

20 - Müsəlman Ərkəklərimizin qadına dünya baxışı

Müsəlman Ərkəklərimizin qadına dünya baxışı


Nə çağ nə zəmanə sənin yaşamın?
İnsanı yaradıb nələr edirsən?
Uşaq doğub ağrısını çəkirsən.
     Gündüzlər bələyib verirsən yemək,
     Gecələr yatmayıb verirsən dilək.


Evlənən zamanı ərə gedirsən,[1]
Yataqda kişinə istin verirsən,[2]
Uşağı ataya təslim edirsən.[3]
     Qadın olduğundan olursan alçaq![4]
     Boşanan zamanı alırsan talaq![5]


Evləndikdə bakirə[6] qız sevirsən,
Savaşda sən ana bacı söyürsən,
Kişiyə[7] hər şeyi[8]sərbəst görürsən.
     Soy-ad[9] gələndə öz adın deyirsən,
     Talaqda qadınıın haqqın verirsən!?


İrs [10] böləndə ikisini[11]yeyirsən,
İkidə birini qıza verirsən,
Amma özünü[12] çox üstün seçrsən.
     Bərabər bir yaşamda sən dilərsən!?
     Nə söhbəti kişilikdən edirsən?


İstəyəndə sən qadının döyürsən,
Dörd arvadı həmdə həlal görürsən,
Sevməyən də talağını verirsən.
     Ədindən də uşağını alırsan,
     Eşitlikdən nə söhbəti açırsən?


Insan yaranışın, nəslidir qadın,
Toplum[13] quruluşun, vəslidir qadın,
Yaşam mənasının, əslidir qadın,
     Qadınla birliyi aldın həyatda,
     Qadınsız heç yoxdur adın həyatda.


Kişi- qadın yaranır bir cisimdən,
Heç üstün deyildir biri-birindən,
Bir hayat uluşur hər iksindən.
     Dünya baxışımdır yoldaş qadına,
     Gözəl sevgi həyat baş yoldaşına.

           12.03.2015 Eldar Güneyli

[1] Seçim haqqı yoxundur
[2] Qarşılıqlı sevgidən xəbər yoxdur
[3] İslam qanunlarına görə boşandıqdan sonra uşaqlara Atası sahib durar
[4] Islam qanunlarına görə qadının  talag  haqqı yoxdur
[5] Mənfi anlamda( müsbət sifətlər her zaman kişiyə nisbət verilər)
[6] Öz geçmişini gizlədirsən
[7] Ərkəklərə
[8] Hər peşədən çıxmağı
[9] Uşaqlara
[10] Miras
[11] İslam qanunlarına görə irsdən (mirasdan) 2- pay oğul, 1- pay qız alar
[12] Ərkəkləri
[13] Yaşamın, Dünyanın