Çap

19 - Sərbəst Ölkə bəslyər Vətən sevər insanlar

Sərbəst Ölkə bəslyər Vətən sevər insanlar


Işğal olan yurdun ölkəsi başsız qalar
Malın, sərvətin satıb milləti işsiz qalar
Kimliyini sildirib igidi dilsiz qalar
     Yad dilində oxuyub yazar onun sözünü
     Hüveyyətin itirib çalar yadın sazını.


İşğalçılar özünü zəngin, üstün tutarlar
Başqa xalqı "zir-zibil"[1]həmdə alçaq sayarlar
Xalqı milli bilinçdən geridə saxlayarlar
     Vətən sevər kişiyə yad adını qoyarlar
     Tüm bilinçsiz insanların satını alarlar.


Manqurt olmuş bir insan itirər mənliyini
Kölə kimi yaşayıb itirər varlığını
Tarixini unudub silip atar dilini
     İşğalçılar danar onun kimliyini kökündən
     Hüveyyətini pozar yaşadığı yerindən.


Sərbəst Ölkə bəsləyər Vətən sevər insanlar
Xalqla- Vətən uğrunda öz canların qoyanlar
Geçmişinə soyuna sahib diyə çıxanlar.
     Xalqın dilin, kültürün savunarlar gözi tək
     Varlığını goruyub saxlayarlar sazı tək.


Vətən bəslər xalqına gəlişmiş ziyalılar
Ölkəmizə lazimdir cəsur, igid qoçaqlar[2]
Yurdu yaddan qoruyan şücaətli insanlar
     Kültürlə-dil gəlişdirən gözəlcə ustadlar
     Toplumunu gəliçdirən özəlcə uzmanlar.


Millətimiz fikirlər üst- üstünə qoysalar!
Vətənimin dərdini gündəm plan saysalar!
Əl bir olub birləşib bir ərəkdə olsalar
     Azərbaycan özgürlük havasın yaradacaq
     Vətənimi sömürgə, işğaldan qurtaracaq.


Mən "Eldar"am, yurdumun Vətən sevər oğluyam
Tutsaq[3]lıqda doğulub el-oba vurğunuyam
Azərbaycan Türk kökənli bir elə bağlıyam
     Özgürlük[4] carçısı hür yaşama səsliyənəm
     Qurtuluş saz simini xalqıma köklüyənəm.


                                   10.02.2015

[1] Prezident Əhmədinəjadın deyişi
[2] Milli bilinçli(şüurlu, şuür ərəb sözüdür), vətənsevər
[3] Əsarət, ərəb sözü
[4] Bağımsızlığa, istiqlala