Çap

15 - Mədrəsə açın ulusuma öz ana dilində

 Mədrəsə açın ulusuma öz ana dilində


Xordad da[1] xalq hayqırıban, rasizmə bildirdilər
Türkcəm yasaq, farsca sərbəst, olub viran ölkədə
Türkün dilini tanıtın, dövlətin rəsmi dili
Allah adı hakim olan, bugün “iran” ölkədə


Yurddaşımız harayladı, dövlət duysun bəlkədə
Haqsızlıq harayını, anlatdı milli ölçüdə
Hayqırlar duyulmadı, arsız, kamalsız dövlətdə
Özbaşına buraxılmış, bugün “iran” ölkədə


Azad qoyun ulusu, ana dilini istəsə
Ulusa doğal haqqıdır, ana dilində səsləsə
Balasını oxudub, ana dilində bəsləsə
Ədatəlin olmadığı, bugün “iran” ölkədə


Xalq istəyi öz dilində varlığını öyəndə
Dustaqlarda yatırlar, gənclər sözün deyəndə
Allaha düşmən sayır, haqlarını istəyəndə!
Edam sayı həddən aşıb, bugün viran ölkədə


Mədrəsə açıın ulusuma, öz ana dilində
İnsana tanınmış haqdır, yaranmış yerlərində
Türk xalqına günahdır, türk oxulu istəyəndə?
İnsan dəyəri olmayan, bugün viran ölkədə


Vergimiz gedir filistinə, xalqım ölür acından
Kimsə məhrum ola bilməz, ulusal varlığından
Yoxsa danışa bilməzlər, bunlar insanlığından
İslam adı hakim olan, bugün "iran" ölkədə


Allahdan danışarkən, insan haqqını danırlar
Dini qanun yazdırıb, bizləri kölə sanırlar
Haq istəyən insanları, dustaqlara asırlar
Cəllad təkin hakim olan, bugün "iran" ölkədə


Türk dilində oxulları açmalıyıq ölkədə
Parlaq günəş şafaqını saçmalıyıq ölkədə
Azərbaycan bayrağını asmalıyıq ölkədə
Yurdumuza yiyə duraq, bu gün viran ölkədə.

09.06.2014


[1] 22 May 2006
[2] Haq, huquq və ədalət-dən danışanlara(ki bugün İran da insan haqların pozub, özlərini yer üzündə allahın"ədalətin" təmsilciləri göstərirlər).