Çap

5 - Deyirəm ki: şair Araz girsə xalqın rəfinə

 Deyirəm ki: şair Araz girsə xalqın rəfinə
  Xəyalçılıq düşüncəsi, girməz elmin səfinə.


Bəzləri[1] mənəviyyat, həm əxlaqdan yapışır
İnsanlarla xəyalçılıq,[2] düşüncəsin yazışır
Yaman gündə dərd işində öfkələnib çalışır
     Səbəb nədir, niyə bunlar, nədənlərdən dərs almır?
     İncələyib, sonucların kütləni başa salmır?


1400 il mənəviyyat, əxlaqdan danışıblar!
Haqlar adı gələn zaman, “Allahdan” danışırlar!
Millətimin aydınları nədənin arayırlar
     Nədən belə özgürlüklə, düşüncəsin yaymır?
     Ziyalını xalqımıza "axmaq insan"[3] tanıdır!


Deyir: geçmiş tarix xalqa, amalımız varmaqdır
Bu yalana inanmaq düzgün yoldan azmaqdır
Xəyalçını ələşdirmək, topluma toxanmaqdır
     1400 il gəlişmədik çağdan geri saldılar
     Xəyalçını tanıdanlar “kafir" adı aldılar


1400 il yetmədi, yenəde biz sınayırıq
Dərdlərimiz üstünə yenədə dərd qalayırıq
Özümüzü şah-şeyxlərin əlilə talayırıq
      Görəsən hara gedir, yeni gələn sabahımız?
      Kravatlı “sözdə-aydın” gəlişən baxışımız?

Çağın yazarla, şairlər heç nədən anıdılmır!
İstiqlalçı milli yazar, şairi tanıdılmır?
Adı sanı, düşüncəsi, yazısı tanıdılmır?
     Deyirəm ki: şair Araz,[4] girsə xalqın rəfinə
     Xəyalçılıq düşüncəsi, girməz elmin səfinə


Deyirlər ki: dinə inam, mənəvi düşüncədir
Dinə qarşı bir düşüncə xalqının düşmənidir
Millətimiz 1400 il, geriyə dönməlidir
     Bu baxışlar səbəbdir ki, bizim toplum pisləşir
     Zaman içrə vətənimiz, aydınım geriləşir


Araz xalqa ışıq-saçan, düşüncəli ocağıdır
Sanma bulut arxasında gümülüb qalacaqdır
Öz yerini xalqımızın içində alacaqdır
     Yazıları, düşüncəsi, çatacaqdır yurduna
     Boykotçular üzü qara, olacaqdır buduna
                 

14.07.2013


[1] Cavad İsmayılbəyli (10.07.2013 GünAzTV-də)
[2] “İç dünya” xəyaldı, dış dünya gərçək
     Gərçəklərə düşün, xəyaldan əl çək!”
                                  Baltacı Araz
     (43-cü bənd şeir Uyqarlaş kitabı səhifə 17)

[3] Cavad İsmayılbəyli (08.07.2013 GünAz TV)
Bugünkü kravatlı şeyxlər də:
Onları tanıyıb, tanıdanları əxlaqsız bilinçsis adlandırırlar,
[4] Söz düşüncədən(Baltacı Arazın yazılmış əsərlərindən gedir) nə şəxsdən.