Çap

2 - Baltacı Araz şairin xatirəsinə

Baltacı Araz şairin xatirəsinə

Azərbaycan sevgisiylə böy başa çatdın sən
Xalqını sevə sevə, özgə dilin atdın sən
Böyük böyük amaclar ürəyində tutdun sən
     Vətənin əsarətdən azad olmaq amacın
     Fars rasizmin Vətəndən kökün yolmaq amacın…


Oxulda özgə dilin yüklədilər belinə
Dedilər bundan belə düşmən ol öz elinə
Vətən oğlu, qeyrəti burda gərək bilinə…
     Sən dözmədin bu zülmə, şovonizmi danladın
     Vətəni qurtarmağa, milli yolu başladın


Ana dili gücilə, çatdı elmin zirvəyə
Sınmayıb baş əymədin, pula, zora, kötəyə
Toplumdan nədənləri, söküb tökdün ətəyə
     Fars dilini öyrəndin farsca düşünmədin sən
     Şovonizmin zülmünə, susub üşünmədin sən


Oxutdular fars sevən amaca yol olasan
Fars rasizmin planın çizməyə qul olasan
Asimilə uğrunda, nədənsiz… rol olasan
     Sən azadlıq nəğməsin ritmə çəkən tar oldun
     Yurdunu tikmək üçün bir gözəl memar oldun


Əlli səkkiz yaşında, bitdi şərəflə ömürün
Sən getdin…, əsərlərin parıldayır sankı gün
İndi əl yazıların açır xalqımdan düyün
     Milli qurtuluş xalqın istədiyi hədəfdir
     Vətənin azadlığı, hürriyyəti şərəfdir


Babəkə bənzər igid, Vətən səni haraylar
Bu tay Baltacı səslər, Araz deyər o taylar[1]
Bitiklərin, əl bə əl xalqın içində yayılar
     Sənin geniş düşüncən özgürlüyə yönəldər
     Yayılsa bu düşüncə, gəlişməyi dirçəldər


Bütöv Ayerbaycana gedən yolu başladın
Xalqımıza özgürlüyün diləyini aşladın
Yazınla, anlayışın şəkilini naqqışladın
     Dedin: "o tayla bu tay, ayrılmayan bir candır
     Ləqəbi odlar yurdu, adı Azərbaycandır"


Qarabağın işğalını gətirdin sən gündəmə
Bir milyon insan yanır bu həsrətə bu qəmə
İnsafdımı hakimlər baş əyələr[2]bu zülmə[3]             
     Yazıların oxunub anlanacaq himlərin
     Tərbiz ilə Qarabağı qurtaracaq Kimlərin?


Uyqarlaşın ey ustad, gördü ışıq üzünü
Günəş oldu bu xalqa, ağartdı gündüzünü
Haq nə dir? Haqlı kimdir?  Sən tanitdın düzünü
     İnsanları çağırdın çağdaş aydın olmağa
     Öz haqların tanıyıb, zülmün kökün yolmağa


Getdin…, qoçaq igidlər davam verər yolunu
Türkçülüyün tanitdın, sən sağını solunu
 Göstərdin…, el bağına ziyan vuran dolunu
     Birdə doğar analar Vətən oğlu nacısın?
     Millətimiz çağırır öz oğlu Baltacısın


Oxulunu bitirdin Vətənə çalışasan
Elin qəm- kədərilə ömürlük alışasan
Yazıb yaratmaqınla[4] dedin Vətən yaşa sən
     Yadigar quyub getdin, qaldı səndən bir əsər
     Oxuyub tanıtmasaq, xalqımız edər zərər.

     27.01.2014


[1] Arazın susmayan səsi... Bakı, 28 İyun 2013
[2] Göz yuma....
[3] İşğala.
[4] Şairin yaradıcılıq əsərləri:otay-butay-vetendir.com
1 - Otay Butay Vətəndir,
2 - Uyqarlaş,
3 - Azərbaycan abəstəne isteqlal əst(Fars dilində).